Arama
Qələndəriyyə (qələndərlik, kalenderiyye, Cevlekıyyə)

Adı: Qələndəriyyə (kalenderiyye, Cevlekıyyə).

Sosial mövqeyi: Təriqət.

Mövcudluğu: 9-17-ci yüz illklərdə.


Haqqında digər bilgi:

Qələndəriyyə və ya Qələndərlilik,bu günkü Suriya və İran ərazilərində meydana çıxmış bəzi qaynaqlara görə İslami, bəzi qaynaqlara görə isə İslam dışı inanc ya da təriqətdi. Böyük ehtimalla qədim hind-fars inancının təsiri ilə formalaşmış təriqətdir. Bəzi qaynaqlar bunların silsiləsinin Peyğəmbər s.a.v çatmadığı üçün bunları təriqət hesab etməzlər. Təriqətin başqa adı Cevlekıyyə olduğuda qeyd olunmaqdadır. Adı fars dilinə olan Qələndər (kalender) sözündən qaynaqlanmış və mənası “kobud, qaba” deməkdir. Kiminə görə Qələndər (kalender) yunan dilindəki kaletoz sözünün fars dilinə keçməsindən əmələ gəlmişdir. Bəzilərinə görə isə qələndər (kalender) sözü ərəb dilindəki ekall sözü ilə farsça əndər əlavəsinin birləşməsindən yaranmış anlamı “az, önəmsiz” deməkdir. Bəzi qaynaqlar isə qələndər (kalender) sözünün hindlilərdən fars dilinə keçdiyi qeyd edilir. Hindlilər başqa qəbilədən qız alan adama bu adı verirmişlər. Hindlilərdə bunun mənası “qaydaları pozan” deməkdir. Bundan başqa nəfsini tərbiyyə etdiyi iddia edilən hindli və fars rahiblərin topluluğuna qələndəriyyə deyildiyi məlumdur.

Ortaya çıxışı

Qələndəriyyə, çox böyük ehtimalla IX əsrdə Horasan civarında ortaya çıxan Məlamətilikdən ayrılmışdır. O dövürdə yaşamış Ebu Ahmed-i Çişti, Baba Tahir-i Uryan, Baba Hemşa və Ebu Said-i Ebü’l-Hayr adlı tanınmış şəxslərin qələndəri olduğu qeyd edilməkdədir. XIII əsrə qədər qələndəri hesab olunan şəxslər mövcud olsada bu dövürdə qələndərilik təriqət kimi şəkillənməmiş, düşüncə kimi yayılmışdır. Mənbələr qələndəriyyənin təriqət şəkilində düşməsini Cəmaləddin-i Savi ilə bağlayırlar.

Hatib-i Farsinin yazdığı “Menakıb-ı Cemaleddin-i Savi” kitabında qeyd olunur ki, Cəmaləddin-i Savi günümüz iran ərazisində olan Qum-Qəzvin yolunun üstündə yerləşən Savi kəndində doğulmuşdur. Bəzi qaynaqlarda Cəmaləddin-i Savi müsəlman olmayan Türklər (Monqollar) tərəfindən həmin yerlər fəth olunan zaman Dəməşq şəhərinə getmişdir. El-Vafi bi’l-vefeyata görə isə Osman-ı Rumi ilə birlikdə ibadət edərkən kamala ərdiyini anlayan Savi Dəməşqə gedər.

Menakıba görə Savi Dəməşqə getdikdən sonra Babüssagir məzarlığında hz. Əli övladlarından olan Zeynəb bin ZeynəlAbidinin türbəsi yanında sadəcə ayıb yerləri bağlı olan Celal-i Dergezinini görər və ayaqlarına qapanır. Celal-i Dergezini ona dünya ilə əlaqəsini kəsməsini istər. Sonra Savini məzar qazaraq içinə girdiyini görüncə Celal-i Dergezini onun böyük şeyx olduğunu anlar və ona intisap edər. Yenə El-Vafi bi’l-vefeyata görə Dəməşqə gələn Savi Dəməşqdəki Babüssagir məzarlığına gələr və qəbirlərin arasında yaşayar. Bura gələn Celal-i Dergezini və Osman-ı Girihi (başqa mənbələrdə Ömər Girihi) ona intisap edərlər. El-Hatibin “el-fusṭaṭül-adale fi kavaidis-saltana” əsərinə görə isə Savi dəməşqə gələndən sonra isə Bilal-i Habeşi məzarlığında yaşamağa başlayar. Bura gələn Garubed adındakı Şirazlı bir uşaq ona qatılır. Daha sonra isə Muhammed-i Belhi, Ebu Bekr-i Niksarivə başqa iki nəfər olmaqla dörd nəfərdə ona qatılır.

Beləliklə Cəmaləddin-i Savi Dəməşqdə qələndəriyyə düşüncəsini şəkilləndirərək təriqətə çevirir. Qaynaqlara görə Ebu Bekr-i Niksari ordan Konyaya gəlib burda yerləşir və Anadoluda qələndəriyyəni yaymaqla məşğul olur. Cəmaləddin-i Savi isə Dəməşqdə yerinə Muhammed-i Belhini (başqa bir qaynağa görə Celal-i Dergezini) təyin edərək ordan Misirə, Dimyata gedib. Orda bir məzarlıqda yaşamağa başlayıb. İbn Battutaya görə İbnü’l-Amid adında bir kadı burda Saviyə qatılır və davamçısı olur. 6 il orda yaşayan Savi orda təxminən 1230-cu ildə ölür.

Təriqətin özəllikləri

Qələndəriyyə təriqətinə mənsub olanları digərlərindən fərqləndirən ən başlıca xüsusiyyət yarı çılpaq gəzmələridi. Üstlərində yoğun ipdən toxunmuş cevlak adlanan bürüncək olarmış. Bəzən bu geyimin adı ilə qələndəriyyə təriqətinə cevalakıyyədə deyirmişlər.

Saqqallarını, başlarını, qaşlarını tamam qırxırmışlar. Bəzi qaynaqlarda hətta tamam bədənlərinidə qırxdıqları haqqında bilgi var. Bu qırxınma işi çardarb olunma adlanırmış.

Bəzi qaynaqlara görə ancaq fərz namazlarını qılar və fərz oruclarını tutarmışlar. Bəzilərinə görə isə ümumiyyətlə namaz qılmaz, ürəyin Allahla düz olduqdan sonra ibadətə ehtiyac yoxdu düşüncəsində olmuşlar.

İbnü’l-Hatibin yazdığına görə qələndərilər halal və mübah saymadıqları heç bir haram yoxdur. Şərab içərlər və hər cür əxlaqsızlıqla məşğul olarlar. Dilənçilik edib tüfeyli həyat tərzi yaşayarlar. Əsərində Anadoluya gəlib yerləşən Ebu Bekr-i Niksari haqqında “zındıq tayfasının rəisi” deyə söz etmişdir.

Ancaq Mövlana Cəlaləddin Rumi, Hafız-ı Şirazi kimi şəxslər qələndərliləri təqdir etmiş, hər kəsi əsil qələndəri ilə qələndəri görkəmində olub ancaq qələndəri olmayanlarıla ayırmağa çağırmışlar. Hafız-ı Şirazi “burda qıldan incə minlərlə nöqtə var, hər başını qırxan qələndəriliyin nə olduğun bilməz” anlamındakı beyti ilə bunu açıqlamaqdadır. Bu kimi müəlliflərə görə Anadoluya gəldikdən sonra Yeseviliyin təsiri ilə ibadətini vaxtı vaxtında edən, İslami bir toplum halına çevrilmişlər. Vahidi Menakıb-ı Hoca-i Cihan ve Netice-i Can əsərində isə şərab içən, ibadət etməyən, halal-haram bilməyən, məscidi kilsəylə, cənnəti cəhənnəm ilə bir görən şəxslərin əslində Həmadanilər olduğunu bildirir. Vahidi Hace-i Cihana istinadən yazır ki, “bunlar özlərini qələndəriyə mənsubu sayır ancaq qələndəriliyn nə olduğunu belə bilməz”. Əsil qələndəri olanlar dünya malından uzaq, ibadət edən şəxslər olublar.

Tarixi sürəc və sonları

Cəmaləddin-i Savi Dimyata getdikdən sonra orda təriqətinin sonunun necə olması haqqında bir bilgi yoxdu. Dəməşqdə isə təriqətin 14-cü əsrə qədər davam etməsi haqqında bilgilər var. Dəməşqdə yaşamış Ahmed-i Namekiyi Caminin adına nisbətlə Camiyyə, Şah Nimetullahı Veliyə nisbət edilən Nimetullahiyyə təriqətləri qələndəriliyin qolları olaraq qeyd olunmaqdadır. Sonralar Savinin çağdaşı olan Kutbüddin Haydarla bağlı olan Haydariyyə təriqətinində qələndəriyyənin bir qolu olduğunu deyənlər olsada bir qisim alimlər bunun doğru olmadığını bildirirlər.

Anadoluda isə qələndəriliyin yayılması Ebu Bekr-i Niksari adı ilə bağlıdır. Ebu Bekr-i Niksari Dəməşqə gəlmiş və burda təriqətin təbliği ilə məşğul olmuşdur. Geyikli Baba, Doğlu Baba, Abdal Musa, Abdal Murad və digərlərini qələndəriyyə təriqətinə mənsub olduğunu söyləyənlər olsada bu yanlış qənayətdir. Belə ki, örnəyin Abdal Musa Yesevilik təriqətinə mənsub olmuşlar. Anadoluda Şeyh Bedreddin Simavi, Torlak Kemal, Otman Baba kimi şəxslər qələndəriyyənin davamçıları olmuşlar. II Mehmet kanın hakimiyyətinin sonlarına qədər qələndəriyyə mənsubları dövlətlə yaxşı münasibətdə olsalarda sonradan şiə-qızılbaş səfəvilərlə iş birliyi içinə girdikdən sonra Babailər (1240-ci il), Şeyh Bedreddin (Şeyx Bədrəddin) (1420-ci il), Şahqulu (1511-ci il) və Bozoklu Cəlal (1519-cu il), Qələndər Şah (1527-ci il) üsyanlarını törətmişlər. Üsyanlar basdırıldıqdan sonra fərqli yerlərə dağıdılan qələndəri mənsubları Yeseviliyin bir qolu olan Bektaşi təriqətinin içinə qatılmış, bu təriqətin bəzi qollarının İslamdan kənar olmasında rol oynamış və əriyib yox olmuşlar.

Azərbaycanda qələndəriyyə izləri

Azərbaycanda vaxtı ilə indiki Hacıqabul bölgəsində yaşamış və Pir Hüseyn dərgahı (xanəgahı) adı ilə tanınan yerdə dəfn edilmiş Şeyx Əlihüseyn ibn Əlinində Qələndəriyyə şeyxi olduğu söylənilməkdədir. Pir Hüseyn Şirvani adı ilə tanınmış bu şəxsin 954-cü ildə anadan olduğu və 1072-ci ildə vəfat etdiyi qeyd olunur. Dərgahda Pir Hüseynin 3000-dən çox əlyazması olsada 1918-ci ildə haylar tərəfindən yandırılıb. Dərgah Şirvanşahlar dönəmində tikilməyə başlanıb və Elxanlılar tərəfindən tamamlanlb. Çox böyük ehtimalla Pir Hüseyin ya Məlamətilik təriqətinə mənsub olmuş ya da qələndərilik düşüncəsinin daşıyıcısı olmuşdur. Çün ki, Pir Hüseynin yaşadığı dövürdə qələndərilik təriqət kimi ortaya çıxmamışdır.

Azərbaycanın digər yerlərində Qələndəriyyəliyə aid olduğu qeyd olunan abidələrdə vardır. Belə ki, Bakının Zirə qəsəbəsində Qələndəriyyə ziyarətgahı, Naxçıvanın Hacıvar kəndində Xudu Divanə xanəgahı adlı bir abidələrdə mövcuddur.

Azərbaycanın ən məhşur aşıqlarından aşıq Ələsgərin bir şeirində qələndəriliyin izinə rast gəlinir.

Ağıldan kəm, huşdan caşqın, dildən küt,

Naqabil, kəlməsi bisəmər mənəm.

Məcnun kimi viranələr küncündə,

Sərgərdan, səhrayi-qələndər mənəm.

Qalıntıları

Günümüzdə Ələmdar, Qələndər adlarının bu təriqətdən qalması ehtimalı var. Ürəyini Allahla düz elə ibadətə gərək yoxdu düşüncəsidə qələndəriyyədən qalma bir düşüncədir. Bəzi İslamdan kənar bektaşi-ələvi düşüncələridə qələndəriyyədən qalma və ya onlardan təsirlənən düşüncələrdi.

Qələndəriyyə (qələndərlik, kalenderiyye, Cevlekıyyə)
Qələndəri dərvişi (TSMK, Albom, nr. 2155).
Yazar: Şükür Məhişoğlu Oxunma: 74 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?