Arama
Qələm

Qələm yazı yazmaq və ya çizgi çəkmək üçün istifadə olunan aracdır. Qələmlər istifadə etdikləri məlzəməyə görə üç cür olurlar:

Kəsici qələmlər: Daş, taxta üzərində yazı yazmaq üçün istifadə olunan ucu şiş və kəsə bilən materialdan hazırlanmış arac.

Qrafit (karbonla qarışdırılmış gil) qələm (qurğuşun qələm və ya karandaş): Üzəri taxta üzlüklə örtülmüş və içərisi qrafit olan kağız və müxtəlif materialların üzərində yazı yazmaq və cizgi çəkmək üçün istifadə edilir. Karandaş 18-ci yüz ildə söylənilənə görə təsadüfən Yozef Hartmut tərəfindən ixtira edilmişdir. Yazılana görə isə ondan sonra isə müasir karandaşı 1790-cı ildə karte kəşf etmişdir. Lakin, qarandaş qədim türk sözü olan karadaş (siyah daş) sözünün müasir tələffüzü olduğu üçün Türklərdə bu yazı vasitəsi çox daha öncələr mövcud olması ehtimalı vardır.

Mürəkkəbli qələmlər:İçərisində mürəkkəb olan yaxud mürəkkəbə batırılaraq yazı yazmaqda istifadə olunan qələmlər mürəkkəb qəmlər adlanır.

Bir qabdan qələmin içərisində olan özəl mexanizma ilə mürəkkəbi qələmin içinə çəkərək doldurmaya dayanan qələmlərə doldurma qələmlər yaxud pero qələmlər deyilir. Pero qələmlər 1780-ci ildə kəşv edildiyi yazılmaqdadır. Bu qələmlərlə yazılan yazılar daha gözəl görüksədə təyyarələrin ilk inkişaf etdiyi dönəmlərdə yuxarıya qalxan zaman atmosfer basıncı azaldığı üçün mürəkkəb qələmdən dışarı çıxır və ətrafa tökülürdü.

Qələmin içərisində nazik uzun silindir formalı və bir tərəfində içində diyircək olan dəmir ucluq yerləşdirilmiş qələmlər isə diyircəkli qələmlər adlanır. Diyircəkli qələmləri 1880-ci ildə ixtira edildiyi qeyd edilməkdədir. Bu qələmlərin çatışmayan xüsusiyyəti yazı yazılan zaman gözəl görükməməsi idi.

Bundan başqa keçmiş zamanlarda ucu şiş olan və mürəkkəbə batırılaraq yazı yazmaqda istifadə edilən qələmlərdə mövcud olmuşdur. İlk metaldan batırma dəmir qələmi Romalılar əldə etmişlər. Bunlardan ən tanınmışı lələk qələmlərdir. Lələk qələmləri hazırlamaq üçün əsasən yaz ayında canlı quşun sol qanadının çöl tərəfində yerləşən ilk beş tükdən istifadə edilirdi. Daha çox istifadə edilən qələmlər qartal, bayquş, hiduşqa (hindquşu) və xoruz lələklərindən düzəldilən qələmlər olurdu. Lələklər yolunduqdan sonra ondan həmən qələm kimi istifadə etmək mümkün deyildi. Lələk qələmlərin hazırlanmasına bir həftə müddət gərəkirdi. Lələk qələmlərin çatışmayan çəhəti yazılan nəsnənin üzərinə mürəkkəb damçılatması idi.

Qələm
Lələk qələm.
Qələm
Pero qələm.
Qələm
Adi diyərcəkli qələm.
Qələm
Adi qarandaş.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?