Arama
Qazax (bölgə)

Adı: Qazax (bölgə).

Qurulma tarixi: 8-ci əsr.

Əhalisi: 01.01.2021-ci il tarixə 98932 nəfər.

Əhali tərkibi: 90% Türklər, 10% digər millətlər.

Ərazisi: 691.8 km2.

Sıxlığı: 143 nəfər/km2.

Şəhər və kəndlərin sayı: 1 şəhər 34 kənd (qəsəbə).


Haqqında digər bilgi:

Qazax, Azərbaycanın ən quzey-batısında, Ermənistan və Gürcüstan ilə sərhəddə yerləşən bölgəsidir. Ərazisi əsasən düzənlikdi. Əhalisi 01.01.2021-ci il tarixə görə 98932 nəfərdir. Bundan 76917 nəfəri kənddə, 22015 nəfəri şəhərdə yaşayır. Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Əminə Dilbazi, Səməd Vurğun, Aşıq Ədalət və digər görkəmli ziyallılar Qazax elinin yetirmələridir.

Qazax bölgəsi 1 şəhər (Qazax) və 34 kənd/qəsəbədən ibarətdir (Xanlıqlar, Ağköynək, Qarapapaq, Daş Salahlı, Çaylı, Kommuna, Ürkməzli, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Dəmirçilər, Alpout, Hüseynbəyli, Canallı, Kosalar, Qazaxbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara, Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım, Məzəmli, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli, Omarağalı). Hal-hazırda Aşağı Əskipara, Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım kəndləri erməni işğalı altındadır.

Bölgə əsasən düzənlikdir. Cənub hissəsi alçaq dağlıqdır (dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir). Şimalda Qarayazı çöllüyü yerləşir. Rayonun mərkəzi hissəsindən Kür çayı keçir, İncəsu, Coğaz və Ağstafa çayları axır. Bölgədə mülayim qış və isti yay xarakterikdi. Orta aylıq temperatur yanvarda 0-50С, iyunda 18-250С. Qış quraq keçir. İllik yağıntı 350-700 mm-dir.

Qazax bölgəsində əasən Türk millətinin Qıpçaq qolundan olan boyları məskunlaşmışlar. Daha sonralar Oğuz qolundan olan boylarla qaynayıb qarışaraq Oğuz ləhcəsində danışmışlar. Qazax sözü Türk eli olan Kasar sözündən əmələ gəlmişdir.

Əsası qaynaqlara görə 8-ci əsrdə qoyulub. Qazax bölgəsi tarixi Türk obalarının vətəni olmuşdur. Vaxtı ilə Osmanlının sancağı olan Qazax Rusiyanın işğalından sonra yelizavetpol quberniyasının tərkibində qəza olmuşdur. Əhalisi 1911-ci ilin məlumatına görə 130 min nəfərdən ibarət olub. 1929-cu ildə Qazax qəzası ləğv edilmişdir. 1930-cu ilin avqust ayında Qazax rayonu yaradılmışdır.

Qazax bölgəsi həmdə Dilboz atları ilə tanınır.

Daha çox bilgi üçün: http://www.qazax.net, http://www.qazax-ih.gov.az/.

Qazax (bölgə)
Qazax tarixi-mədəni abidələrin xəritəsi (qazax.net)
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?