Arama
Qayçı

Adı: Qayçı.

Tarixi: M. Ö. III minillik.

Təyinatı: Müxtəlif materialları kəsmək.


Haqqında digər bilgi:

Qayçı, müxtəlif materialları kəsmək üçün kəsən tərəfləri bir-birinə tərəf olmaqla iki biçağın birləşməsindən düzəldilmiş alətdir.

Qayçı istifadə təyinata görə müxtəlif olur. Kağız kəsmək üçün, qoyun qırxmaq üçün, dəmir kəsmək üçün və b.

Qayçı, məişətdə və kiçik təsərrüfatda işlədilən əl qayçısı və sənayedə, böyük təsərrüfatlarda işlədilən mexanikləşdirilmiş qayçı olmaqla əsasən iki qrupa ayrılmışdır.

Əl qayçısı yaylı və yaysız olur. Yaysız əl qayçısında birləşdirilmiş biçaqların tiyə tərəfinə halqalar bərkidilmişdir ki, bu halqalardan barmaqları keçirməklə qayçı açılıb bağlanır. Yaylı əl qayçılarında isə qayçının açılıb bağlanmasını tiyələr arasında bərkidilmiş yay təmin etməkdədir.

Mexanikləşdirilmiş qayçılar isə elektrikli, hidravlik və mexaniki mexanizmilərin vasitəsi ilə açılıb bağlanaraq işi yerinə yetirməkdədir.

Qayçı məişətdən, iaşə xidmətlərindən, tikintidən tibbə qədər çox geniş sahədə istifadə edilməkdədir.

İddialara görə məlum olan ən qədim qayçı Qədim Roma ərazisində aparılan qazıntıda tapılmışdır.

Qayçı
Yaysız əl qayçısı.
Qayçı
Yaylı əl qayçısı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1027 Bölmə: Texnologiyalar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?