Arama
Qaranohur gölü

Adı: Qaranohur gölü.

Yerləşdiyi yer: Azərbaycan, İsmayıllı bölgəsi.

Dəniz səviyyəsində: 1520 metr hündürlükdə.

Gölün mənbəyi: Yağış və yeraltı sular.


Haqqında digər bilgi:

Qaranohur gölü, Azərbaycanın İsmayıllı bölgəsindin İsmayıllı şəhərindən 8 km quzey doğu tərəfdə, Talış və Diyalı kəndlərin yuxarı hissəsində Böyük Qafqaz dağlarının suayrıcı silsiləsinə parallel uzanan Nial dağının güney yamacında yerləşən, İsmayıllı bölgəsində eyni adlı göllərin ən məhşuru və böyüyüdür. Gölün su mənbəyini əsasən yağış və yeraltı sular təşkil edir.

Göl dəniz səviyyəsindən 1520 metr yuxarıda, palıd, fıstıq, vələs, Qaraçöhrə ağaclarının üstünlük təşkil etdiyi sıx meşəliyin içində yerləşir. Gölün yerləşdiyi ərazi Şah Dağ Milli Parkın ərazisidir. Yay aylarında suyun istiliyi 15 c dərəcə olur. Bölgədə rast gəlinəb digər göllər kimi Qaranohur gölü də coğrafi və hidroloji baxımdan tədqiq edilməmişdir.

AZƏRTAC-ın məlumatına görə 2006-cı ilə kimi göl yaxın kəndin yerli sakinlərindən başqa heç kəsə məlum olmayıb.

Qaynaq: Rəşad Türkoğlu, AZƏRTAC.

Qaranohur gölü
Qaranohur gölü.
Qaranohur gölü
Qaranohur gölü.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?