Arama
Qaraağac ağacı

Bitginin adı: Qaraağac ağacı.

Canlı aləm: Bitkilər.

Aləmin şöbəsi: Örtülütoxumlular.

Şöbənin sinifi: İkiləpəlilər.

Sinifin sırası: Gicitkənçiçəklilər.

Sıranın fəsiləsi: Qarağackimilər.

Fəsilənin cinsi: Qaraağac.


Ən çox hündürlüyü: 40 metr.

Ən çox diametri: 2 metr.


Müalicəvi əhəmiyyəti: Qabığından tibb sahəsində istifadə olunur.


Sənaye əhəmiyyəti: Gəmi qayırmada və mebel istehsalında istifadə olunur.


Haqqında digər bilgi:

Quzey yarımkürənin orman ağaclarından olan və qaraağacgillər soyuna daxil olan Qaraağacların təxminən 18 türü vardır. Quzey Amerika, Avropa və Asiyada geniş yayılmışdır. Qaraağac qışda yarpaqlarını tökən iki yarpaqlı və iri gövdəli ağacdır.

Qaraağacı digər ağaclardan fərqləndirən ən öndə olan özəlliyi yarpaqlarıdır. Yarpaqlarının kənarı incə dilikli, yanlardan basılmış və ucu sivri olur. Yarpağın mərkəzindən keçən əsas damarın sağ və solunda olan kiçik damarların köklərinin eyni nöqtədə birləşməməsi bu ağacın yarpağının digər özəlliyidir.

Qaraağacın boyu 40 metrəyə qədər çatır. Gövdəsinin çapı isə 2 metrəyə qədər inkişaf edə bilir. Ağac çox uzun ömürlüdür. Qalın və dərin çatlaqlı görnüşü olan qaraağacın qabığı onu dış etgilərdən qoruyur və uzunömürlü olmasına səbəb olur.

Qaraağac gözəl görnüşlü və uzun ömürlü olduğu üçün şəhər bağlarında, yolların kənarlarında əkilir. Bundan başqa gövdəsi möhkəm və suya dayanıqlı olduğu üçün qaraağacdan gəmi inşasında və mebel istehsalında istifadə edirlər. Qabığının iç tərəfinin tibbi əhəmiyyətidə vardır. Amerikanın yerli xalqları qarağac qabığından ip və digər bu kimi məlzəmələr əldə edirmişlər.

Qaraağac ağacı
Qaraağac yarpaqları yazda.
Qaraağac ağacı
Qaraağac yarpaqları güzdə (payızda).
Qaraağac ağacı
Qaraağac ağacının ümumi görnüşü.
Yazar: Şükür Məhişoğlu Oxunma: 3585 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?