Arama
Qalatasaray İdman Takımı

Qalatasarayokulunda oxuyan Ali Sami Yen, Asım Sonumut, Rəşat Şirvani, Refik Cevdət Kalpakçıoğlu, Abidin Davər və Kamil Ulus Bəyin iştirakı ilə Ali Sami Yenin təklifi əsasında 1905-ci ilin 30 əkim (oktyabr) tarixində İstanbul şəhərində qurulmuş idman takımıdır. Ali Sami Yen "məqsədimiz ingilislər kimi topla oynamaq, bir rəngə və bir ismə malik olmaq və Türk olmayan takımları yenməkdir" deyərək takımın yaranması amacını açıqlamışdır.

Takım yarandıqdan sonra Rum rəqibini 2-0 yenmiş və həmin oyundan sonra seyricilər onlar haqqında "Qalatasarayın əfəndiləri" deyərək söhbət etdilər. Takımın adı da burdan qaynaqlanaraq Qalatasaray olmuşdur.

İndiki rəngi sarı-qırmızı olan Qalatasaray takımının öncəki rəngi ağ-qırmızı, daha sonra isə qara-sarı olmuşdur. Ancaq bu rəngdə qalıcı olmamışdır. Ali Sami Yen və digərləri Bahçaqapıdakı şişman Yankonun tükanında olan sarı və qırmızı rəngli parçaları görərək çox xoşlarına gəlməsi səbəbindən takımın rəngi sarı-qırmızı olmuşdur.

Qalatasaray idman takımında futbol idman növü ilə yanaşı voleybol, basketbol, at miniciliyi, tenis, su idmanları, şahmat və digər idman növləridə fəaliyyət göstərir.

Qalatasaray idman takımı futbol üzrə 22 dəfə Türkiyə birinciliyini, 18 dəfə Türkiyə kubokunu və 15 dəfə Türkiyə super kubokunu, bir dəfə məğlub olmadan UEFA kubokunu və UEFA super kubokunu qazanmışdır. 2000-ci ildə dünyanın ən yaxşı futbol takımı adına laiq görülmüşdür. Qalatasaray idman takımının digər sahələrdə də uğurları vardır.

Qalatasaray İdman Takımı
Qalatasaray məktəbinin şargirdi Ayətullah Emin tərəfindən cizilmiş Qalatasaray damqası. İlk öncə əski əlifbanın ğayın və sin hərifləri, sonra isə latın əlifbasının g və s hərifləri damqaya işlənmişdir.
Qalatasaray İdman Takımı
Ali Sami Yen.
Qalatasaray İdman Takımı
UEFA kuboku oyununda Qalatasarayın düzülüşü.
Qalatasaray İdman Takımı
UEFA super kubok oyununda Qalatasarayın düzülüşü.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?