Arama
Pumilər

Adı: Pumilər.

Sayları: 2 milyon civarında.

Dilləri: Pumi dili.

Yaşadıqları ölkə: Çin.


Haqqında digər bilgi:

Pumilər, əsasən günümüzdə Çin dövlətinin Yunnan əyalətinin quzey-batı yaylasının Lanpinq bölgəsinin Laojun dağı ilə Ninglanq bölgəsinin Maoniu dağında yaşayan millətdir. Pumilərin geri qalan az qismi isə Lijanq, Yonqşenq, Veixi və Sicuan əyalətlərində məskunlaşıblar. Ümumi sayları 2 milyon civarındadır.

Pumilərin Han-Tibet dili ailəsinə bağlı Tibet-Burma dil qrubuna ait və Pumi dili adlanın müstəqil dilləri var. Öz dillərinin olmasına baxmayaraq Pumilərin çoxu Çin, Tibet, Bai ve Naxi dillərində də danışa bilirlər.

Doğaya və atalarına tapan Pumilərin çoxu, çoxtanrılığa inanırkən, az sayıdakı Pumilər ise Daoizmə və Tibet – buddizminə inanırlar. Pumilər inancları gərəyi, yeni il bayramı, ilin 15. günü bayramı və yeni şeylerin dadına baxma bayramı olmaq üzrə üç bayram keçirirlər.

Pumilər əsasən yeni il bayramı ilə eyni vaxta çocuqları 13 yaşına çatınca oğlan çocuqları üçün "şalvar geyindirmə", qız çocuqları üçün "ətək geyindirmə" məclisi qururlar. Bu, Pumilərin yetişkinlik çağına keçid tədbiri adlanır. Tədbirə ana ya da dayı başçılıq edir. Tədbirdə bütün ailə üzvüləri qalanmış ocağın ya da manqalın ətrafına yığılaraq tədbirdə iştirak edirlər.

Yetkinlik çağına çatan çocuğu manqalın ön tərəfində basdırılmış və müqəddəs hesab etdikləri dirəyin yanında otuzdururlar. Çocuq bir ayağını yağlı donuz ətinin üstünə digər ayağını isə buğda kisəsinin üstünə qoyur. Oğlan çocuğu sağ əlində biçaq, sol əlində gümüş para tutur. Qız çocuğu sağ əlində bilərzik kimi bəzək əşyası, sol əlində isə taxıl kisəsi tutur. Donuz əti zənginliyi, taxıl kisəsi bolluğu, biçaq qəhrəmanlığı, gümüş rahat həyatı, bilərzik və çuval evin, ailənin hakimiyyətinə mənsub olmağı simgəliyir. Ruhaniləri od tanrısına dualar oxuduqdan sonra çocuğun dayısı ya da anası oğlana şalvar, qıza isə qısa ətəkli geyim geyindirirlər. Daha sonra atalarına və tanrılarına tapındıqdan sonra şərab içirək çocuqları təbrik edir və onlara hədiyyələr verirlər.

Pumilər
Pumilərin iddia olunan şəkli.
Yazar: Şükür Məhişoğlu Oxunma: 179 Bölmə: Topluluqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?