Arama
Piri Rəisin xəritələri

Adı: Piri Rəisin xəritələri.

Çəkən: Piri Rəis.

Çəkildiyi tarix: 1513-1528-ci illər.


Haqqında digər bilgi:

Piri Rəisin xəritlələri, Böyük Türk coğrafiyaçısı, Türk ordusunun dəniz qüvvətlərinin admiralı və Türk dənizçisi Piri rəis (doğum 1465-ci il, ölümü 1554-cü il) tərəfindən çəkilən xəritələrdir.

Piri Rəis ilk xəritəsini 1513-cü ildə yazdığı «Kitab-ül Bəhriyyə» adlı əsərində vermişdir. Top Qapı sarayında saxlanılan ikinci xəritəsini isə 1528-ci ildə tərtib etmişdir. 21-ci yüz ilin dəqiqliyi ilə tərtib etdiyi Amerika və Antarktidanın xəritəsini isə çox güman ki, 1513-1528-ci illər arasında çəkmişdir. Piri Rəisin xəritələrində vermiş olduğu güney qütbünün dəqiq (dağlarıda daxil olmaqla) xəritəsini, güney qütbünün (Antarktida) kəşfi kimi qəbul edilən 1818-ci ildən 300 il əvvəl çəkmişdir. Digər qitələrin sahillərində xəritənin çəkilməsindən 6 min il əvvəl ərimiş olan buz dağlarınıda Piri Rəis öz xəritəsində vermişdir.

Belə ki, Antarktida dağları ancaq 1952-ci ildə səs ötürücü alətlərdən istifadə edilərək müəyyən edilmişdir. Buz altında olan bu dağların, materikin sahil xətlərinin yerlərinin düzgün müəyyən edildiyi xəritəni tərtib edərkən Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə qaranlıq qalmaqdadır. Peyklərdən alınan fotoşəkillərə əsasən Qrenlandiyanın üç adadan ibarət olması müəyyən edilmişdir. Piri Rəisin xəritəsində isə Qrenlandiyanın üç adadan ibarət olması XVI əsrin birinci yarısında öz əksini tapmışdır. Möcüzələrlə dolu olan xəritələrin tərtibatında Piri Rəisin nələrə əsaslandığı, nələrdən istifadə etdiyi dünya alimlərini bir çox sualla qarşı-qarşıya qoymuşdur. Bu cür heyrətlənən alimlər sırasında Ş. Hapjood, V. Staşon, G. Katmann və başqaları vardır.

Piri Rəisin çəkdiyi xəritələrdən Xristofor Kolumbda istifadə etmiş, səhvən deyil, məhz bilərəkdən, məqsədli şəkildə Amerikaya Piri Rəisin xəritələri ilə gedib çıxmışdır. Xristofor Kolumba bu işdə Piri Rəisin əmisi Kamal Rəis kömək etmişdir. Kamal Rəis, sonradan adı Rodriqo olaraq adlanan öz xidmətçisini Piri Rəisin xəritələri ilə birlikdə Kolumba yardım etmək üçün ona köməkçi olaraq göndərmişdir.

Rodriqo haqqında Kolumbun yazdığı hesabatın bir parçasını D.Şarqot 1928-ci ildə yazdığı «Christophe Colomb vu par un Marian» adlı əsərində vermişdir: «Rodriqo Türk dəniz qüvvələrinə mənsub bir kişi idi. Gizli bir dinə (müsəlman) mənsub idi. Bunu məndən başqa heç kim bilmirdi. Buna görə də yeni dünyanın kəşfi şərəfinə təqdim ediləcək mükafatı rəsmən bir müsəlmana vermək istəmədiyimdən mükafatı ona təqdim etmədim». Burdanda aydındır ki, Avropa mənşəli rəsmi qaynaqlarda Kolumbun Amerikaya gedib çıxması və Kolumbun ölümü tarixləri qəsdən yanlış verilmiş və təhrif edilmişdir.

Piri Rəisin xəritələrindən istifadə edən Kolumbun Amerikaya gedib çıxması isə Amerikanın gizli saxlanılmasını istəyən Sultan Süleyman Qanunini (1520-1566) qəzəbləndirmiş və Piri Rəisi edam etdirmişdir.

Piri Rəisin xəritələri
Piri Rəis
Piri Rəisin xəritələri
Piri Rəisin xəritlələrindən bir parçası.
Yazar: Şükür Məhişoğlu Oxunma: 489 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?