Hər bilgini əhatə edən bitig
Adı: Pardus (debianın Türkiye versiyası).
Qurulma tarixi: 2003-cü il.
Qurucusu: TÜBİTAK.
Yayımlanma: 2005-ci il.
Ləvğ olma tarixi: 2013-cü il.
Debiana bağlanma tarixi: 2013-cü il.
İnternet ünvanı: https://www.pardus.org.tr
Haqqında digər bilgi:
Pardus öncələri müstəqil əməliyyat sistemi olmuş, günümüzdə isə debian əməliyyat sisteminin Türkçəyə və Türkiyəyə uyğunlaşdırılan bir versiyasıdır. 2003-cü ildə Türkiyə Bilgi və Texnologiya Araşdırma Qurumu Bilgi Güvənliyi irəli Texnologiyalar Araşdırma Mərkəzi (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu (TÜBİTAK) Bilişim ve Bilgi Güvenliği İleri Teknolojiler Araştırma Merkezi (BİLGEM)) tərəfində müstəqil əməliyyat sistemi kimi əsası qoyulmuşdur. 2011-ci ildən Beynəlxalq Akademik Şəbəkə və Bilgi Mərkəzi (Ulusal Akademik Ağ ve Bilgi Merkezi (ULAKBİM)) tərəfindən layihə davam etdirilsədə 2013-cü ildən sonra pardus layihəsinə son verilmiş(1), debian GNU/Linux əməliyyat sisteminin pardus adlı bir versiyası hazırlanmışdır(2,5). Adı Anadolu Parsının elmi adı olan “Panthera Pardus Tulliana”dan gəlməkdədir(1).
Pardusun öz müstəqil altyapısın ləvğ edib debian əməliyyat sisteminin bir versiyasına çevrilməsi böyük əksəriyyətin narazılığına səbəb olmuşdur. Bununla əlaqədar Türkiyə Cumhurbaşkanı Ərdoğan 2017-ci il fevral ayında Beştəpədə keçirilən Türkiyə Elimlər Akademiyasının ödül törənində belə demişdir: Eğer siz kendi teknolojinizi, kendi biliminizi üretemiyorsanız onun kültüründe ve değerinde de belirleyici olamazsınız... TÜBİTAK'ın ürettiği Pardus'ta kullanılan teknoloji bize ait olmadığı için geçerli ve yaygın kullanılan bir ürün olmadı (2,3).
Pardusun debian əməliyyat sisteminə keçidindən sonra bəzi gəlişdiricilər köhnə pardus tasarısını Pisi Linux adı altında gəlişdirməyə davam etdirməkdədilər (4). Texnoloji varislik olaqraq əslində bu gün köhnə pardusun davamı pisi linux layihəsidir. Bu günkü pardusun isə köhnə pardusla sadəcə ad bağlılığı qalmaqdadır.
Qaynaq
----------------------------
(1) https://www.pardus.org.tr/pardus-tarihce/
(2)https://shiftdelete.net/cumhurbaskani-erdogan-pardus-hakkinda-konustu-79046
(3) https://m.turkiyegazetesi.com.tr/editorunsectikleri/443281.aspx
(4) https://www.pisilinux.org/page/43-hakkimizda.html