Arama
Oxçuçay çayı

Adı: Oxçuçay çayı.

Başlanğıcı: Zəngəzur silsiləsinin Qapıcıq dağı.

Uzunluğu: 85 km.

Olduğu yer: Zəngəzur bölgəsi.

Keçdiyi ölkələr: Hayıstanın (Ermənistan) Qafan rayonu və Azərbaycanın Zəngilan ilçəsi.

Təmizlik durumu: Çox pis.


Haqqında digər bilgi:

Oxçuçay çayı, başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından götürən, doğu istiqamətində uzanaraq, indiki Azərbaycanın Zəngilan ilçəsi ərazisində güneyə əyilərək, Mincivan qəsəbəsi yaxınlığında Araz çayına tökülən çaydır. Araz çayının sol qoluda hesab edilir. Adının anlamı Türkcə iti axan deməkdir.

Oxçuçay çayında dəqiq olmayan bilgilərə görə su, 46% qarın, 10% yağışın və 44% yeraltı suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır). Çayda su sərfi 8 m3/saniyə ilə 11 m3/saniyə arasında dəyişir.

Hazırda bir hissəsi Hayıstan ərazisi hesab olunan Zəngəzur bölgəsində Hay və Alman ortaqlığı ilə işlədilən mis-molibden (Qacaran) və filiz emalı (Qafan) zavodlarında əmələ gələn zəhərli tullantılar və tullantı suları təmizlənmədən birbaşa Oxçuçay çayına axıdılır. Artıq çayda həyat demək olar ki, məhv olub. Çayda tam olaraq ekoloji fəlakət və terror vardır. Çayın Araz çayına axması nəticəsində günü-gündən Araz çayında da çirklənmə yüksəlməkdədir.

Oxçuçay çayı
Oxçuçay çayının və çirklənmə mənbələrinin xəritəsi.
Oxçuçay çayı
Çirklənmiş Oxçuçay çayından bir görnüş.
Oxçuçay çayı
Çirklənmiş Oxçuçay çayından su nümunəsi götürülür.
Oxçuçay çayı
Çirklənmiş Oxçuçay çayında ölmüş balıqlar.
Oxçuçay çayı
Oxçuçay çayında çirklənmənin böyüklüyünü göstərən şəkil.
Yazar: Şükür Məhişoğlu Oxunma: 20 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?