Arama
Ouroboros

Adı:Ouroboros.

Sözün mənşəyi: Latın.

Sözün anlamı: Quyruğunu öldürür.


Haqqında digər bilgi:

Ouroboros, öz quyruğunu dişləyən ilan və ya əjdahanı təmsillən istifadə edən sözdür. Yunan dilindəki Ouroboros sözü latınca uroborus sözündəndir və bu sözlərin anlamı quyruğunu öldürür deməkdir. Yanan, fırlanan göy qurşağı mifinə bənzəyən bu təmsili rəsim təbiətin əbədi dövrünü ifadə edir.

Ouroboros özünü sürəkli yeniden bərpa etmə anlamında, bitər bitməz yenidən başlayan döngülər olan şeyleri (örnəyin, Anka quşunu) simgələyir. Başlanğıçdan bəri şeyin içində var olan ya da özünü yox ediləməz qüdrəti və ya təbiəti ilə bütünlük ideasını təmsil edir. Ouroboros müxtəlif inanclar üçündə önəmli simgə olmuşdur. Gnostisizm və hermetisizm ilə də əlaqələndirilmişdir.

Norveç mifologiyasında ilan Loki və Angrbodanın üç övladından biri olan Jörmungandr kimi qarşımıza çıxır. O qədər böyükdür ki, bütün dünyanı əhatə edir və quyruğunu dişləri ilə tutur. Ragnar Lodbrok (Viking qəhrəmanı) (Ragnarssona þáttr) əfsanələrində Geatiş kralı Herraudun qızı Bora Tovn-Harta (Þóra Town-Harta) hədiyyə olaraq qanadsız bir əjdaha verir. Sonra bu əşdaha qızın qoluna dolanan və öz başını dişləyən bir ilana çevrilir. Daha sonra ilanı Dora ilə evlənən Ragnar Lodbrok öldürür. Ragnerin daha sonra Kraka adlı başqa bir qadının oğlu oldu. Uşaq bir gözünün yanında çəkilmiş olunmuş ağ ilan şəkli ilə doğulur. Şəkildə ilan quyruğundan dişləyir. Bu uşağa Sigurd (İlan gözülü) deyilir.

Simyada Ouroboros təmizləyici bir sehirdir. İsveçrə psixoloqu Carl Jung, Ouroborosu kiminsə arxetipi və əsas tamamlayıcısı (mandala) olaraq görürdü. Jung, Ouroboros və simya əlaqələrini də izah etdi. Öz gələnəkləri və adətləri ilə ayrılma sürəcininin mahiyyəti haqqında günümüzdəki kimyaçılardan daha çox bilən simyaçılar, bu təzadı quyruğunu dişləyən Ouroboros ilə simgələyərək ifadə edirdilər.

Kleopatranın Xrizopoeası adlı 2-ci əsrdə İsgəndəriyyəyə əsaslanan erkən simyaçılıq mətnlərindəki məşhur Ouroboros çizimi hen to pan (bütündür) ifadəsini içərir. Kleopatranın Xrizopoeası adlı əsərdəki Ouroboros çizimi simyaçıların əfsanəvi əsəri olan Filozof taşı əsəri ilə ilişgilidir.

İlanlar bir çox qərb Afrika inanclarında da müqəddəs heyvanlardır. Demigod Aidophedo inancı, öz quyruğunu dişləyən bir ilan obrazından istifadə edir. Ouroboros Fon və Dahomean ikonoqrafiyasında və Yoruba təsvirində Oshunmare kimi görünür. Quetzalcoatl Aztec və Toltec xarabalıqlarında da təsvir edilmişdir.

Üzvi kimyaçı Avqust Kekule, yuxusunda gördüyü Ouroboros şəklində bir üzük (halqa) benzolun quruluşunun kəşf etməsində onu ilhamlandırdığını qeyd etmişdir.

Qaynaq: https://gizemlervebilinmeyenler.com/.

Ouroboros
Ouroboros.
Yazar: Şükür Məhişoğlu Oxunma: 3323 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?