Arama
Ötükən

Ötükən Türk dastanlarına görə Türklərin yer üzündə ilk var olduğu, çoxaldığı və oradan dünyaya yayıldığı yerin adı olaraq qəbul edilməkdədir. Yüz illərlə Türk Kakanlığının baş kəndi olmuşdur. Ötükən sözündə, ötü hissəsi - ötmək, ötkəm olmaq sözündəndir və anlamı hökmü hər yerdə keçərli olan söz danışmaq, qərar vermək deməkdir. Kən sözü isə kan, an sözündəndir anlamı isə kənd, məkan, yer deməkdir. Tam olaraq isə Ötükən sözü "qərar verilən yer, fərman verilən yer, yasa qəbul edilən yer" anlamını verməkdədir. Türk dastanına görə tufandan sonra hz. Nam (hz. Nuh) burda yerləşmişdir. Hz. Nam burda yasa olacaq sözlər söyləmiş, ötkəmli olmuşdur. Türk dövlətinin böyükləridə hz. Namı bu törəsini davam etdirərək başkənd olan Ötükəndə qurultay, kənəş toplayıb önəmli yasalar qəbul edər, önəmi qərarlar qəbul edərdilər. Ona görə də Türklər bu yerin adına Ötükən demişlər. Dövlət Tengrinin kutu ilə kutlandığı üçün başkən də kutsanmış deməkdir. Bunun üçün Ötükəni Türklər kutsamış bir yer olaraq görməkdədilər. Ötükən hal-hazırda Monqolistanda Hanka və ya Otqon Tenqer dağında yerləşir. Orkun çayı öz başlanğıcını burdan götürür.

Zaman keçdikcə Türklər İslamı qəbul etmiş və bununla da güney-batıya (bu gün bizim şərq kimi bildiyimiz yerlərə) kaymışlar. Artıq kutsal yer Məkkə olduğu için zamanla Ötükən kutsallığını itirmişdir. Türklərdə zamanla bu yerlərdən ayrılmışlar.

Yazar: Şükür Məhişoğlu Oxunma: 513 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?