Arama
Oquz kaqan

Kara kanaın oğlu Oquzun m.ö 679-cı ildə (və ya m.ö 680-ci il) anadan olduğu qənayətindəyik . Kara kan təxminən m.ö 647-ci ildə vəfat etdi . Bundan sonra yenidən toy  çağrıldı. Türk bəyləri və kanları yığıldı, Kara kanın oğlu Oquzu kan seçdilər.

Kara kanın oğlu Oquz kaqan hesab edirik ki, Yunanların Madyes adlandırdıqları şəxsdir. Oquz kaqan dastanına görə bunun adı lap körpə yaşından məlum olmuşdur. Toqquz oquz dastanına dayanaraq deyə bilərik ki, Kara kanın katunu gəzintiyə çıxarkən böyük bir ağacın (mənbələrdə bu ağacın şam, fısdıq yaxud fındıq ağacı olduğu qeyd edilib) koğuşunda yada fındıq kolunun ortasında Oquz kaqanı dünyaya gətirib.

Deyilənlərə görə Kara kan övladına ad qoymaq istərkən övladı körpə olduğuna baxmayaraq dil açmış mən kan otağıda (kan oğlu olaraq) doğulduğumdan adım Oquz olsun deyincə hər kəs bundan təccüblənmişdir. Oquz gəncliyində yılkıları (ilxıları, at sürüsü) və insanları yeyən, çox qorxulu, azğın bir əjdahanı öldürərək böyük şöhrət qazandı. Dastana görə Allahın varlığına və birliyinə inanan Oquz anasının südünü yalnız bir dəfə əmib. Anası bundan pərişan olunca Oquz üç günlük körpə olmasına baxmayaraq dil açmış və anasına ey mənim gözəl anam, əgər uca Tengriyə tapınsan məndə südünü əmər, adına ana deyərəm demiş. Bundan sonra anası tək Tengriyə bağlanmış və Oquzun dinin qəbul etmişdir.

Mahmud Cevder Sezər, Vanın Mehmet Əfəndi və s. bir çox alimlər Oquz kaqan dastanına və müqəddəs Qurani-Kərimin Əl-Kəhf Sürəsinin 85-92-ci ayələrinə dayanaraq Oquz kaqanın Zülqərneyn olduğunu qeyd edirlər. Hesab edirik ki, bu fikir doğrudur. Digər tərəfdən də Toqquz Oquz dastanında təsvir edilən Boğu Təkin kaqanında Oquz kaqan olduğu qənayətindəyik. Çünki, Boğu – Buğa – Buğaç adları və Oquz – Öküz adlarıda eyni mənanı verir və Öküz kimi güclü yaxud Öküzü öldürəcək qədər güclü və s. kimi izah edilir (bax, Erdman 1864, Aristov, Ercilasunun Oğuz sözünün etnoqrafiyası araşdırmaları).

Kara kanın vəfatı ilə əlaqədar bir neçə söyləniş var. Dastana görə Oquzun evlənməsi üçün ona qızlar (əmisi qızları) təklif edilib. Oquzun təklif edilən qızlar ilə evlənməməyinin səbəbini öyrənən atası ilə əmisi onun gizli din daşıdığını anlayaraq, bir ov əsnasında öldürməyi planladılar. Oquz sui-qəsdi anlayınca atasın və əmisini öldürdü. Hesab edirik ki, bu hissə dastana sonradan olunan əlavədir və Kara kan Oquz tərəfindən öldürülməyib. Əbülgazi Bahadır kanda yazır ki, Kara kanı başından kim oxla vurdusa bu bilinmədi. Kara kan aldığı yaradan bir neçə gün sonra vəfat etdi.

Qəbul edilmiş tarixə görə Oquz kan Göy-İşıq içində görünən Göy qızı ilə evləndi. Göy qızından üç oğul oldu. Gün kan, Ay kan, Ulduz kan, digər adla Gün Alp, Ay Alp, Ulduz Alp adlarını verdi. Başqa bir gün yenə ovdaykən göl içindəki kiçik bir adada, dünya gözəli Göl qızını gördü. Bununla da evlənən  Oquz, Göl qızından doğulan üç oğluna Gök kan, Dağ kan, Dəniz kan, başqa adla Gök Alp, Dağ Alp, Dəniz Alp adlarını verdi (digər söylənişə görə isə Oquz kaqanın əmisi Or kanın qızı ilə evlənmişdir. Altı uşaqğın hamısı Oquz kaqanın bir arvatdan olan oğlullarıdı). Gün kan, Ay kan, Ulduz kan və Göy kan, Dağ kan, Dəniz kanların hər birinin dörd övladı oldu. Gün kanın oğulları: Kayı, Bayat, Alka Evli, Kara Evli. Ay kanın oğulları: Yazır,Yaparlı (Yasır), Dodurqa, Düker (Döker) Ulduz kanın oğlulları: Avşar, Kızık, Bəydili (Begdili), Karkın. Göy kanın oğulları: Bayandur, Becenek (Peçenek), Çavuldur, Çepni. Dağ kanın oğulları: Salur, Eymur (İmir, Eymir), Ala Yuntlu, Yüregir (Üregir), Dəniz kanın oğulları: İqıdır, Büqdüz, Yıva (Ava), Kınık. Onların hər bir övladından bir boy törədi və 24 Oquz boyları belə yarandı. Bunlardan Gün kan, Ay kan, Ulduz kandan törəyənlərə Bozoklar, Göy kan, Dağ kan, Dəniz kandan törəyənlərə Üçok deyildi (bəzi mənbələrdə Bozokların adı Dışoğuz, Üçokların adı İçoğuz kimi qeyd edilib).

Onu da qeyd edək ki, bu adları qeyd olunan oğullardan başqa Bahadur kan Türkün soy kökü adlı əsərində bizə kumadan (ikinçi yaxud üçüncü arvadlardan) olan oğlanların adları haqqında bilgi vermişdir. Kene, Köne, Turbatlı, Gireyli, Sultanlı, Oklu, Kökli, Suçlu, Horasanlı, Yurtıçı, Çamçı, Torumçu, Kumı, Sorkı (içlərində məhşurdu), Kurçık, Suraçık, Karaçık, Kazgurt, Kırgız (içlərində məhşurdu), Tigin (Tikin, Tiken), Lala, Mürdeşuy, Sayır. Ancaq hansı kimin oğlu olduğu bilinməməkdədir.

Yazar: Şükür Məhişoğlu Oxunma: 475 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?