Arama
Nuhun tufanı

Qədim mənbələrin demək olar ki, böyük əksəriyyətində əfsanələşmiş bir həqiqətə rast gəlmək mümkündür. Bir zamanlar yer üzünü almış böyük tufan haqqında olan əfsanələr min illiklər boyu dastanlardan dastanlara keçərək günümüzə gəlib çatıb. Tariximizi araşdıran zaman bu həqiqət olan tufan əfsanəsindən yan keçmək mümkün deyil.

Səmavi kitablardan Tövratda, İncildə, Qurani-Kərimdə, güney və quzey Amerikada yaşayan Maya, İnka, Hopi, Alqonkin və Tupinamba xalqlarının dastanlarında, Yunanların Deukalion dastanında, Yunan səlnaməçiləri Heraklitus, Empedokles, Platon, Aristotel, Strabon və Pisaqorun əsərlərində, Hindlilərin Manu, İsi və İsvara dastanlarında, Türklərin (Altay) Yaradılış və (Şumer) Qılqamış dastanlarında və s. dastan-əfsanələrdə tufanın olması, yer üzünü suyun alması, Tengrinin iradəsi ilə suyun çəkilməsi, su çəkildikdən sonra yer üzündə həyatın başlanması haqqında olduqca maraqlı məlumatlar var. Bu mənbələr çoğrafi olaraq fərqli-fərqli yerlərdə və bir-birindən kifayət qədər uzaq məsafədə olduğuna baxmayarq məlumatların bir-biri ilə uzlaşmasını, kiçik fərqlərlə eyni hadisə haqqında heykayə olmasını nəzərə aldıqda bu əfsanənin həqiqət olduğunu qəbul etməmək mümkün deyil. Digər tərəfdən də elm adamlarının dediyinə əsasən 5-6 min il əvvəl buz dövrünün sona çatması və buzların əriyərək dənizləri təkrar doldurmağa başlaması hadisəsinidə nəzərə alsaq bu əfsanələrin doğru olmadığını demək mümkün deyil. Tufandan sonra yer üzündə həyatın Hz. Nuh, Türk dastanlarında isə Hz. Nam adı ilə bilinən insanla (Cənab ALLAH-ın elçisi ilə) başlaması müxtəlif mənbələrdə eyni heykayə ilə təsvir edilir.

Hopi millətinin inancında, dünya üzərində həyatın üç dəfə dağıldığı və sonuncu dəfə dağılmasının səbəbinin yer üzünü suyun alması olduğu təsvir edilir. Deukalion yunan əfsanəsində Prometheusun oğludur. Dastana görə Tanrı Zeus insanları cəzalandırmaq üçün yer üzünü sulara qərq edən zaman Deukalion və arvadı Pyrrhanı cəzalandırmaz. Onlar gəmi düzəldərək doqquz gün üzdükdən sonra Tesalyadakı bir dağın üstündə torpağa oturublar. Manu dastanına görə bir balıq tufan olacağını haqqında Manuya bilgi vermiş və bir gəmi düzəltməsini, həmin gəmiyə bütün canlılardan bir cüt və ya toxumlarını gəmiyə toplamasını istəmişdir. Tufan olmuş hər şey məhv olmuş ancaq Manu və gəmidəkilər xilas olmuşdur. Anno Lucisə görə tufan m.ö 2348-ci ildə, bəzilərinə görə m.ö 4100-cü ildə baş vermişdir. Tufanla bağlı İngilis arxeoloqu Leonard Voley, Alman arxeoloqu Erih Şimit, Türk geoloqu prof. dr. Mümin Köksoy və digər bilim adamları araşdırmalar aparmışdılar.

Yazar: Şükür Məhişoğlu Oxunma: 399 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?