Arama
Novruz (bayram)

Bu gün novruz adlı bayramın bir çox adətləri bir zamanlar sentyabrın 22-də keçirilən mövsümü atəşpərəslik inancının ibadətindən qaynaqlanan, əsasən əkinçilik mövsümünün başlanması ilə əlaqədar keçirilən bayramla əlaqədardı. Atəşpərəslərin sentyabrın 22-də keçirdikləri bu bayramın adı mehriqan bayramıdı. Atəşpərəsliyin yarandığı iqlimdə baharın gəlişi heç bir əhəmiyyət kəsb etməz. Zatən həmin iqlimin qışıda mülayimdir. Qışla bahar arasında kəskin bir fərq olmadığından bu fərq də bu iqlimdə yaşayan millətin həyat tərzinə yansıya bilməz və baharın gəlişindən qaynaqlanan bir adət halını da almaz. Digər yerinə yetirilən ayinlər də atəşpərəslik inancdan qaynaqlanan adətlərdi. Atəş yandırmaq, atəşdən təmənna ummaq (ağrını yandırmaq və şəfa istəyi), qapı busmaq, papaq atıb dilənmək, kosa-keçəl təlxəkliyi və s. ayinlərdə atəşpərəst gələnəklərini ifadə etməkdədir.

Türk bodunu isə hər zaman indiki təqvimlə mart ayının 20-22-si aralığında öz bayramlarını qeyd etmişlər. Bu Türk bayramın adı ergenekon bayramıdır. Türklər yazın gəlişini gözləyərək bayram etmələri və işə başlamaları dastanlarımızada yansımaqdadır.

Türklər hər zaman yazın gəlişini qeyd etmişlər. Yeni ilin başlaması ilə əlaqədar olaraq obalarda otaqlar (alaçıqlar) tökülüb yığışdırılır, təmizlik işləri aparılır, güləş yarışları, at yarışları, ox atma yarışları keçirilir və digər tədbirlər görülürmüş. Dəmir dağı əridərək ordan çıxdıqdan sonra isə yaz gəlməsinin qeyd olunmasına daha bir hərəkət əlavə edilmişdir. Həmən gün ocaq qalayıb, dəmir dağı əritməyin ifadəsi kimi bir dəmiri ocaqda qızarana qədər saxlayıb sonra əvvəl kaqan, kan daha sonra o biri bəylər çəkiclə döyəcləyirmişlər. Harızimşahlar dönəmindən başlayaraq Səlcuqlu zamanında daha şiddətli şəkildə farslarla iç-içə olmaq ergenekon bayramının həm adının, həm mahiyyətinin, həm də qeyd edilməsi zamanı keçirdikləri tədbirlərin dəyişdirilməsi ilə nəticələndi. Səlcuq bəy və övladları da Türkdür, Oğuzun Kınık boyundandır. Odur ki, onlarında yazın gəldiyinə sevinmələri və erkən günü xatırlamaları tamami ilə təbii idi. Səlcuqlu eli iranı fəth etdikdən sonra farsların atəşpərəslik mədəniyyəti ilə tanışdılar.

Bundan sonra farsların və fars dilinin təsiri ilə erkənəkon bayramının adına da farscaq novruz dedilər (salata namaz adı verilən kimi). Sürənin davamında farslar ergenekon bayramın içinə zamanla atəşpərəs adətlərini daxil etməyi bacardılar. Zamanla bu günü atəşpərəslik adətləri gərəyincə keçirməyə başladılar. Müəyyən sürə keçdikdən sonra hətta atəşpərəslik adətlərini İslam çərçivəsində izah edilməyə çalışıldı (ən çox bilinəni hz. Əlinin taxta çıxması iddiasıdır).

Beləliklə, mart ayında qeyd olunan bu bayram əslində Türk bayramıdı ancaq adı novruz deyil ergenekondur. Həm də bu bayramda tonqal qalayıb üstündən tullanmaq, qapı busmaq, papaq atıb dilənmək, kosa-keçəl təlxəkliyi etmək və digər bu kimi adətlər icra edilməməlidir. Bu bayram qeyd edildiyi zaman evlər tökülüb yığıştırılmalı, təmizlik işləri görülməli, güləş, at, ox atmaq kimi yarışlar keçirilməli, ocaq qalayıb orda dəmiri qızarana qədər saxlayıb sonra isə çəkiclə döyülməlidir.

Novruz (bayram)
Atəşpərəslik gələnəyi ilə keçirilən novruz bayramı.
Novruz (bayram)
Türk gələni ilə keçirilən sayın R. T. Erdoğanın iştirakı ilə ergenekon bayramı.
Novruz (bayram)
Türk gələni ilə keçirilən sayın D. Bahçelinin iştirakı ilə ergenekon bayramı.
Novruz (bayram)
Türk gələni ilə keçirilən ilə ergenekon bayramı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 664 Bölmə: Alışqanlıqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?