Arama
Ningen

Ningen - dərin sularda yaşayan, insana bənzəyən və böyük ölçülərə malik, var olduğu iddia olunan canlılardı. Yapon tədqiqat gəmiləri dəfələrlə Antarktika sularında insana bənzər canlıların olduğunu bildiriblər. Bu canlıların insana bənzər üz cizgiləri və qolları olduğu, ayaqları yerinə su pərisi kimi quyruğu olduğu deyilir. Bu oxşarlığa görə, var olduğu iddia olunan bu canlılar yapon dilində insan mənasını verən Ningen adlandırılıb. Ningenə aid olduğu iddia edilən fotolarda bu oxşarlığı görmək olar. Yapon tədqiqatçılarına və məxluqu gördüyünü deyənlərə görə, onların rəngi tamamilə ağ, uzunluqları 20-30 m arasında dəyişir, balalarının uzunluğu 5 m olduğu bildirilir.

1960-cı ildə Sovet nüvə sualtı qayığının sonar operatorları mənşəyi məlum olmayan qəribə səs eşitdilər. Onlar bu səsin balina və ya düşmən sualtı qayığı olduğunu düşündülər. Leytenant Oleq Sokolov yaxınlaşan bu obyektin nəhəng ölçülərə malik insanabənzər məxluq olduğunu gördüyü iddia edilir. Sualtı qayıqdan daha sürətli manevr edən məxluq dərinliklərə üzərək gözdən itib.

Ningen
Ningen adı verilən, mövcudluğu iddia olunan insana bənzər canlının iddia edilən şəkli.
Yazar: Şükür Məhişoğlu Oxunma: 144 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?