Arama
Neft daşları

Neft daşları Azərbaycan Respublikası Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi vahidində bir qəsəbədir. Neft daşları dünyada ilk neft platformasıdır. Hətta neft daşları Ginnesin Rekordlar kitabına məhz bu adla dünyanın ən birinci dəniz neft platforması olaraq düşmüşdür.

1798 - ci ildə Xəzər dənizindən ilk neft çıxarılmışdır. İlk zamanlarda dənizin bir neçə metr dərinliyində , ağac dirəklərin üzərində yalnız bir quyu qazılmışdır. Daha sonralar isə Abşeron yarımadasının sahillərində neft və qaz ehtiyatları olan Pirallahı - Dəniz, Banka - Darvin, Gürgen - Dəniz yataqları fəaliyyətə başlamışdır. Bu yataqlar başlanğıcını qurudan götürdüyü üçün onları dəniz yataqları adlandıra bilərik. Neft daşlarını belə adlandırmaq olmaz çünki onun quruyla heç bir əlaqəsi yoxdur. 1948 - ci il 14 noyabr tarixində ilk dəfə Neft daşlarının daşlı, qayalı hissəsinin ram edilmə cəhdi baş tutmuşdu. Ağa Qurban oğlu Əliyev, Ə.Əliyev və S.Orucov kiçik bir gəmi ilə adacıqlara yaxınlaşdı . Mütəxəssislər kiçik bir adaya düşdülər . Və 1949 - cu il 7 noyabrda Neft Daşlarında 942 m dərinlikli 1 № - li quyu gündəlik 100 t neft hasil olunmağa başladı və neftçıxarmanın əsası qoyuldu.

1950 - ci illərdə tirlər üzərinə salınmış 2 qəsəbədə 24 ədəd 2 mərtəbəli yataqxana binası və digər lazım olan sosial obyektlər tikilmişdir. 1975 ci - ildən isə süni adada 5 ədəd 5 mərtəbəli , 2 ədəd 9 mərtəbəli yataqxana binası, 5 mərtəbəli idarə binası, mədəniyyət sarayı, çörək zavodu, texnikum binası , xəstəxana binası , mağazalar, kitabxana, idman meydançası və s. tikilmişdir.

Dənizi fəth edənlərin , dalğaların qoynunda, estakadalar üzərində Neft Daşları adlı əfsanəvi şəhəri salanların əməyi, zəhməti sonrakı illərdə onların yolunu davam etdirənlərin əməyi Azəriçıraq , Bakı - Tiblisi - Ceyhan və Bakı - Tiblisi - Ərzurum layihələrinin həyata keçirilməsində öz bəhrəsini vermişdir. Neft Daşlarını dənizdə neft Akademiyası , dünyanın VIII möcüzə adlandırmışlar.

1999 - cu ildə Ceyms Bondun "Dünya kifayət deyil" filminin bəzi kadrları Neft Daşlarınında çəkilmişdir. Bu gün Azərbaycanda 1994 - 2020 - ci illərdə imzalanmış 17 iri neft sazişlərinin həyata keçirilməsi üçün 14 ölkə , 37 xarici neft kompaniyaları işləyir.

Neft daşları
Yazar: Rüstəm Abbasov Oxunma: 144 Bölmə: Yerlər və bölgələr
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?