Arama
Natural ədədlər

Həyatda hər zaman qarşılaşdığımız riyaziyyatın təməl anlayışlarından biridə ədədlərdi. Sayma, ölçmə və hesablama nəticəsində aldığımız bütün sonuclar ədədlərdir. Bu ədədlərdən sayma nəticəsində ortaya çıxan ədədlər isə təbii (natural) ədədlər adlanır. 1,2,3,…,n,… təbii sırasıda tamami ilə təbii (natural) ədədlərdən təşkil edilmişdir. Təbii (natural) ədədlər təbii (natural) ədədlər çoxluğ əmələ gətir və bu çoxluq N hərifi ilə işarə olunur.

N={1,2,3,…,n,…}

Bütün təbii (natural) ədədlər müsbət tam ədədlərdi. Tam ədədlər üzərində toplama, vurma və qüvvətə yüksəltmə riyazi əməlləri icra etmək hər zaman mümkündür. Ancaq çıxma, bölmə və ya kök alma riyazi əməllərin icra olunması isə həmişə mümkün olmur. Çünki, hər hansı bir riyazi əməlin aparılması nəticəsində alınan yeni bir ədəd də həmin çoxluğa daxil olmalıdır. Ancaq iki təbii (natural) ədədi bir birindən çıxdığımız zaman mənfi ədəd də alına bilər ki, bu yeni alınan mənfi ədəd o zaman təbii (natural) ədədlər çoxluğuna daxil olmur. Ona görədə butun təbii (natural) ədədlər tam ədədlər çoxluğuna daxil olsada, bütün tam ədədlər təbii (natural) ədədlər çoxluğuna daxil deyil.

Qaydalar haqqında yazıya burdan baxın.

Mənbə: Şükür Məhişoğlu, Riyaziyyat kitabı.

Yazar: Şükür Məhişoğlu Oxunma: 5967 Bölmə: Riyaziyyat
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?