Arama
Naim Süleymanoğlu

Adı: Naim Süleymanoğlu.

Doğumu: 23 yanvar 1967-ci il.

Ölümü: 18 Noyabr 2017-ci il.


Məsləyi: Ağır atlet.

Ölkəsi: Türkiyə.

Milliyyəti: Türk.

Dini: İslam.


Ləqəbi: Əfsanəvi Türk, Cep Herkül.

İdman sanı: Bütün zamanların ən yaxşı ağır atleti.

Boyu: 1.47 metr.


Övladları: Sekai Mori, Esin Süleymanoğlu, Nilay Süleymanoğlu, Sezin Süleymanoğlu.


Haqqında digər bilgi:

Naim Süleymanoğlu, Türkiyənin dünya şöhrətli ağır atlet idmançısı. Naim Süleymanoğlu 23 yanvar 1967-ci ildə Bolqarıstanda Məstanlı (Kırcaali) şəhərində anadan olub. İlk yarışlara 1977-ci ildə 9 yaşında başlayıb. Həmən il gənclər arasında qızıl medal alaraq dünya çempionu olub. Bir il sonra dünya rekordunu qıran ən gənc idmançı kimi adını tarixə yazdırıb. Ümumilikdə Naim Bolqarıstan dövləti adından 1983-1986-cı illərdə qatıldığı yarışların qalibi olmuş yarışlar üzrə 63 rekord qırmışdır.

Bolqarıstan sosiyalist respublikasını yönətən kommunist partiyası Bolqarıstandakı Türklərə qarşı apardığı milli kimliyi dəyişdirmə və yox etmə siyasətinə (soya dönüş əməliyyatı) qarşı etiraz edən Naim Süleymanoğlu 1986-cı ildə Avstraliyanın Melbourne şəhərində keçirilən dünya çempionatına iştirak etdiyi vaxt Türkiyə səfirliyinə sığınmışdır. Turqut Özalın bir başa müdaxiləsi ilə Naim Süleymanoğlu Türkiyəyə gətirilmişdir. Bundan sonra (1988-2000-ci illər) Türkiyə idmançısı kimi mübarizə aparan Naim Süleymanoğlu 23 qızıl (toplam 30 qızıl), 1 gümüş (toplam 2 gümüş) və 2 bürünc (toplam 3 bürünc) qazanmışdır. Uğurlarından dolayı Birləşmiş Millətlər Təşkilatına dəvət edilmiş və orda çıxış etmişdir. Bolqarıstanda yaşayan Türk və digər millətlərdən olan əhalinin sorunlarını dilə gətirmişdir. Naim Süleymanoğlu 18 noyabr 2017-ci ildə qaraciyər çatışmamazlığından və beyninə qansızmasından vəfat etmişdir. Haqqında və anısına Cep Herkülü: Naim Süleymanoğlu filmi çəkilmiş, TRT1-də yayımlanmışdır.

Uğurları:

• 1983-cü ildə 16 yaşında dünya rekordunu qıran ən gənc idmançı olub.

• 1984, 1985 və 1986-cı illərdə dünyada 'ilin ağır atleti' seçilib.

• 1988-ci il Seul, 1992-ci il Barselona və 1996-cı il Atlanta olimpiadalarında (3 dəfə) olimpiya çempionu olub.

• 1988-ci il Seul olimpiadasında öz ağırlığının 2.5 qatını qaldırmış və öz ağırlığından 2.5 dəfə çox ağırlıq qaldıran yeganə idmançıdır.

• 1988-ci il Seul olimpiadasında 190 kq qaldıraraq dünya rekordunu qırdı.

• Bundan əlavə olaraq 1988-ci ildə Seul olimpiadasında 6 dünya və 9 olimpiya rekordu qıraraq böyük bir qələbə əldə etmişdi.

• 8 dəfə dünya çempionu olub və 46 dünya rekordunu qırıb.

• Öz kilosunun üç qatından 10 kilo çox qaldırmış və təkrar olunmaz nəticəyə imza ataraq 'əfsanə' oldu.

• İdman orqanlarına görə bütün zamanların ən yaxşı ağır atletidir.

• 1992-ci ildə Beynəlxalq Ağır Atletika Mətbuat Komissiyası tərəfindən Dünyanın Ən Yaxşı İdmançısı seçilib.

Naim Süleymanoğlu
Naim Türkiyəyə gəldikdən sonra Turqut Özalla birgə mətbuat konfuransında.
Naim Süleymanoğlu
Yarışların birində çəkilmiş şəkil.
Naim Süleymanoğlu
Yarışların birində çəkilmiş şəkil.
Naim Süleymanoğlu
Olimpiadaların birində çəkilmiş şəkil.
Naim Süleymanoğlu
Xəstə yatan Naim Süleymanoğlunu ziyarət edən Başkan Ərdoğan.
Yazar: Şükür Məhişoğlu Oxunma: 338 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?