Arama
Mushaf

Söz: Mushaf.

Söz anlamı: Bir yerə gətirərək bağlanmış yazılı lövhələr (səhifələr).

Dil kökəni (mənşəyi): Ərəbcə (مصحف).

Söz kökəni: Suhuf və ya Mashaf.


Haqqında digər bilgi:

Mushaf əsasən hz. Osman dönəmində Qurani-Kərimin çoxaldılmış nüxsələrinə verilmiş addır. Söz, bir görüşə görə bir yerə gətirərək bağlanmış yazılı lövhələr (səhifələr) anlamını verən Həbəş dilində mashaf (kitab) sözündən törəmişdir (Jeffery, s. 193; Nöldeke – Schwally, s. 32; İA, VIII, 677). Digər görüşə görə səhifə sözünün çoxluq halını (çoxlu səhifələr) ifadə edən və anlamı ilahi çağrış (vəhiy) olan Ərəbcə suhuf sözündən ortaya çıxmışdır (M. F. Abdülbâkī, el-Muʿcem). Mushaf sözü gənəl mənada ayrı-ayrı vərəqlərin bir yerə yığılaraq bağlanması ilə ortaya çıxan kitabı, əsərlərin bölmələrini (böyük başlıqlarını, Cahiz Kitabü’l-Hayevan əsərində bölmə başlıqlarını mushaf adı ilə sıralamışdır) ifadə etməkdədir.

Yazar: Şükür Məhişoğlu Oxunma: 205 Bölmə: Dil və sözlər
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?