Arama
Müasir Türk xalqları

Adı: Müasir Türk xalqları (boyları).

Anlamı: Günümüzdə yaşayan Türk boyları.

Qol sayı: 6 qol.

Boy sayı: 44 boy.

Ümumi sayı (nəfər): 250 milyondan artıq.

Müsdəqil dövlətləri: Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaqistan, Qırqızistan, Özbəkistan, Şimali Kipir.

Birləşdikləri beynəlxalq qurumlar: TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Kənəşi.


Haqqında digər bilgi:

Müasir Türk xalqları, günümüzdə dünyanın müxtəlif yerlərində yaşayan, dövlət quran və Türk Bodununu (Türk dünyasını) təşkil edən Türk Boylarıdır (Dünya Türkləridir).

Günümüzdə mövcud olan Türklərin qolları və boyları şəkildə verilmişdir.

Günümüzdə dünyada Hz. Nuhun nəvəsi Hz. Yafəsin oğlu Ulu Türkdən törəyən, Türk millətinə mənsub hesab edilən 250 milyondan artıq insan yaşamaqdadır. Türklər bu gün Sibirdən Avropanın mərkəzinə qədər, Ural dağlarından Orta Şərq və Hindistana qədər geniş ərazidə yaşamaqdadılar. Günümüzdə Türk bodunu əsas altı qola, bu qollara bağlı 44 boya bölünüblər. Bu boyların yalnız bir qismi müstəqil Türk dövlətlərində yaşayırlar.

Bu gün Avropa qitəsi böyüklüyündə ərazidə yaşayan Türklərin əksəriyyəti, Orta Asiya Türk Cümhuriyyətləri ilə Rusya, Çin və İran hüdudları içində yaşamlarını davam etdirirlər. Türk kakanlıqı əvəzinə bu gün yeddi müstəqil və ondan artıq muxtar Türk dövlətləri vardır. Türk millətinin müstəqil milli dövlətləri olaraq Türkiyə, Şimal Kipr Türk Cümhuriyyəti, 19-cu əsrdə Rus işğalına uğrayan və 1991-ci ildə müstəqilliklərini elan etmiş Azərbaycan eli, Qazaq eli, Qırqız eli, Özbək eli və Türkmən eli Cümhuriyyətləridir. Lakin bu Türk cümhuriyyətləri hələdə tam bir ittifaq halında birləşməsələrdə bir birlik yaratmaq və Türk kakanlıqını bərpa etmək istiqamətində müəyyən addımlar atılmışdır. Türk kakanlıqı dağıldıqdan 86 ildən sonra 1992-ci ildən bəri toplanaraq Türkdilli dövlətlərin dövlət başçıları zirvələrinin (TDBZ) nəticəsi olaraq ortaq siyasi iradə ilə 2009-cu il 3 oktyabrda dörd Türk dövləti (Azərbaycan, Qazaq eli, Qırqız eli və Türkiyə) Naxçıvanda bir araya gələrək Türk Birliyinin yenidən (Türk kənəşin) qurulması üçün ilk addımı atdılar.

Bundan öncə isə Azərbaycan eli, Qazaq eli, Qırqız eli, Özbək eli, Türkiyə və Türkmən eliın Mədəniyyət Nazirləri 1992-ci ildə İstanbul və Bakıda bir araya gələrək mədəni əməkdaşlığı genişləndirməyi qərarlaşdırdılar. 12 İyul 1993 tarixində Almatada keçirdikləri yığıncaqda da TÜRKSOY-un quruluşu və fəaliyyət haqqında sazişi imzalamaqla Türk Mədəniyyət və Sənətləri Ortaq Rəhbərliyini (TÜRKSOY-u) qurdular. Yaradılan TÜRKSOY təşkilatına daha sonra müşahidəçi üzv ölkə statusuyla Rusiya federasiyasına bağlı Altay, Başqırdıstan, Hakas(Kakas), Saka, Tatarıstan, Tuva (Tıva), Moldova respublikasına bağlı Qaqavuz və Quzey Kipr Türk dövlətləri qatıldılar. Bundan sonra Türk Dövlətləri əməkdaşlığı daha da genişləndirmək və gələcək Türk Birliyinin hüquqi bazasını formalaşdırmaq üçün 21 noyabr 2008-ci ildə İstanbul şəhərində Azərbaycan eli, Qazaq eli, Qırqız eli və Türkiyə elinin parlament rəhbərlərinin imzalamış olduğu sazişlə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) təsis olundu. İnanırıq ki, Türk birliyi üçün atılan bu addımlar zamanla öz bəhrəsini verəməsi və yenidən Türk kakanlıqı bərpa olunması üçün daha çox çalışmaq və özüdə bu birliyi yad idealogiya və dövlətçilik ən-ənəsi ilə deyil Türk törəsinə-Türk dövlətçiliyi yasalarına əsaslanan qurmaq və Türk kakanlıqı yenidən bərpa etmək lazımdır. Çünki, atalarımız bizə sadəcə şərəfli bir tarix qoyub getməyiblər, onlar həm də bizə Türk törəsinə əsaslanan zəngin bir dövlətçilik ən-ənəsi, dövlət və hökümət qurluşu əmanət edərək gediblər. Min illikləri əhatə edən bu Türk dövlətçilik ən-ənəsi dünən yaranan kövrək bir qurluş deyil, tarixin bütün enişli-yoxuşlu sürəcindən keçərək mükəmməlləşmiş güclü bir yapıdır.

Müasir Türk xalqları
Günümüzdəki Türk xalqları.
Müasir Türk xalqları
Dünyadakı müstəqil və muxtar Türk dövlətlərinin xəritlərəi şəkilində bayraqları.
Yazar: Bayram Məmmədli Oxunma: 1572 Bölmə: Topluluqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?