Arama
Mömünə xatun türbəsi

Adı: Mömünə xatun türbəsi.

Yer: Naxçıvan.

Saray: Atabəylər.

Tikdirən: Məhəmməd Cahan Pəhlivan.

Tikən: Naxçıvanlı Əbubəkir oğlu Əcəmi (Memar Əcəmi).

Tikilmə tarixi: Hicri təqvimi: məhərrəm ayı, 582-ci il. Miladi təqvimi: 1186-cı il.

Ölçüləri: Aşırım 10 m, hündürlük 25 m.


Haqqında digər bilgi:

Mömünə xatun türbəsi, Atabəylər soyunun sarayının ərazisi daxilində Naxçıvanlı Əcəmi (Memar Əcəmi) tərəfindən tikilmiş türbədir. Türbənin əsil adı Atabəylər kümbəzi olmuşdur. Qaynaqlara görə türbə Məhəmməd Cahan Pəhlivanın göstərişi ilə Mömünə xatunun şərəfinə tikilmiş və onun ölümündən az öncə başa çatdırılmışdır. Məhəmməd Cahan Pəhlivanında bu türbədə dəfn olunduğu haqqında iddialarda vardır.

Türbənin oturacağı on bucaqlı şəkilindədir. Qarşı bucaqların təpə nöqtələrini birləşdirən aşırımın uzunluğu 10 metrə yaxın, türbənin hündürlüyü isə 25 metirdir. Ehtimal olunur ki, türbənin üstündə var olmuş dam örtüyü ilə birlikdə hündürlüyü 35 metrə çatırmış. Atabəylər soyuna aid saray tikililərindən günümüzə qədər tam gəlmiş tək binadır. Tək dayaq üzərində tikilmiş türbənin döşəməsi zirzəmisi ilə əsas hissəni bir birindən ayırır.

Mömünə xatun türbəsi
Türbənin görnüşü.
Mömünə xatun türbəsi
Türbə zirzəmisinin və dayağın görnüşü.
Yazar: Şükür Məhişoğlu Oxunma: 50 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?