Arama
Mişel Nostradamus

Adı: Mişel Nostradamus (fr: Michel de Nostredame).

Doğumu: 14 dekabr 1503-cü il.

Ölümü: 2 iyul 1566-cı il.

Məsləyi: Kahinlik, iddiaya görə astroloq, həkim və münəccim.

Ölkəsi: Fransa.

Milliyyəti: Fransız və ya yəhudi.

Dini: Xiristianlıq.


Haqqında digər bilgi:

Mişel Nostradamus, 1503-cü il dekabrın 14-də Fransanın Sen Remi bölgəsində, iddiaya görə xristianlığı qəbul etmiş yəhudi ailəsində dünyaya gəlib. Qaynaqlara görə ədəbiyyatı, münəccimliyi, təbibliyi evdə öyrənib, daha sonra Avinyon məktəbində fəlsəfə və qrammatika öyrənib.

İlk fəaliyyətinə 16-cı əsirdə Avropada yayılmış qara ölüm adı verilən taun bulaşıcı xəstəliyinin yayılmasına qarşı toxtağ hazırlaması ilə başlamışdır. Lakin, təklif etdiyi bu müalicə üsulu heç bir xeyir verməmiş, hətta arvadı və iki uşağı bu xəstəlikdən 1537-ci ildə vəfat etmişdir. Bundan sonra nüfuzdan düşən Mişel yaşadığı Axen şəhərini tərk etmək məcburiyyətində qalmışdır. Səfil həyat sürən Mişel 1547-ci ildə Salon şəhərində yerləşmiş, burda evlənmiş, bu evlilikdən üçü oğlan, üçüdə qız olmaqla altı övladı olmuşdur.

Mişel Nostradamus bir neçə ildən sonra günümüzdə olduğu kimi adamların gizləmli işlərə, kahinliyə və öncəgörməyə hədsiz maraqlı olduqlarını müəyyən etdikdən sonra Salon şəhərindəki evində laboratoriyaya bənzəyən iş otağı qurmuşdur. Buranı gizləmli və qeyri adi əşyalarla, müqəddəs hesab olunan fiqurlarla və təccübə səbəb olacaq güzgülərlə təchiz etmişdir. Daha sonra Mişel, Nostradamus imzası ilə 1550-ci ildən başlayaraq dördlük şəkilində bənzətmə şeir üslubunda, öngörü olduğu iddia etdiyi, istənilən yerə və hadisəyə yozulması mümkün olan yazılarını yayımlamağa başladı. Yazılarının yayımlanmasından çoxlu gəlir götürən Mişel hər il bu kimi yeni yazılarını yayımlamağa başladı. İlk öncələr sadəcə yaşadığı illərə və yaxın on illiyə aid olan iddia etdiyi öncəgörmələr yayımlayırdısa daha sonralar isə yüz illikləri əhatə edən öncəgörmələr yayımladı. Mişel Nostadamus 2 iyul 1566-cı ildə Solon şəhərində yaşadığı evdə vəfat etdi.

Ölümündən sonra yayımlardan gələn gəliri əldə etmək məqsədi ilə övladları və yayımlardan faydalananlar tərəfindən Nostradamus imzası ilə yeni yazılar yayımlardılar. Ancaq yazıların təkrarlanması ona olan marağın azalmasına səbəb olduğu üçün yeni yazıların yayımlanması zaman keçdikdə durduruldu. Yazılar sonralardan Senturilər (yüzilliklər) və Oraqul (gələcəkdən xəbər verən, vəh, kahin) adı verilən kitablarda cəmləşdirilmişdir.

Mişel Nostradamusun yazılarında bir başa olaraq heç bir öncəgörmə haqqında bilgi yoxdur. Öncəgörmə olaraq iddia olunan bilgilər Nostradamusun yazılarını araşdıran araşdırmacıların təfsirlərinə dayanmaqdadır. Çox güman ki, adamlarda hələdə gizləmə və oncəgörməyə marağın olduğunu və Nostradamusun yazılarının günümüzə uyğunlaşdırılmış açıqlamalarından gəlir götürməyin mümkünlüyünü müəyyən edən araşdırmacılar yazıları öz düşüncələrinə görə açıqlamışlar, açıqlanması məntiqsiz olan hissələri isə Nostradamus tərəfindən qəsdən edilmiş səhv adlandırmışlar.

İddialara görə Mişel Nostradamus öncəgörmələri suya baxaraq müəyyən edirmiş. Roma papalığı 1781-ci ildə Mişel Nostradamusu kafir elan etmişdir. Bəzilərinin iddialarına görə Mişel Nostradamus içki düşkünü olmuş və sərxoş olduğu vaxt anlamı bəlli olmayan şeirlər söyləmişdir. Fransua Rable onun yazılarını şüşələrin möcüzələri adlandırmışdır.

Mişel Nostradamus
Mişel Nostradamusun iddia edildiyi şəkli.
Yazar: Şükür Məhişoğlu Oxunma: 335 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?