Arama
Mir Məhəmmd Kərim Əl-Hac (Neclü’l-Hac) bin Mir Cəfər əl-Baküvi

Tam adı: Mir Məhəmmd Kərim Əl-Hac (Neclü’l-Hac) bin Mir Cəfər əl-Baküvi.

Takma adı: Baküvi, Hüseyni, Müsevi.

Doğum tarixi: 1853-cü il.

Doğum yeri: Bakı şəhərinin Əmircan kəndi.

Atası (babası): Mir Cəfər.

Anasının adı: Nərgiz xanım.

Ölüm tarixi: 1938-ci il.

Dini: İslam.

İşi: Din alimliyi.


Haqqında digər bilgi:

Mir Məhəmmd Kərim əl-Hac (Neclü’l-Hac) bin Mir Cəfər əl-Baküvi və ya sadəcə Mir Məhəmmədkərim əl-Hac şiə məhzəbinə bağlı olduğu iddia olunan Azərbaycanlı din alimi. Mir Məhəmməd Kərim əl-Hac 1853-cü ildə Bakı şəhərin Əmircan qəsəbəsində anadan olduğu bildirilir (Z. Bünyadov). İlk təhsinili atasından və Türkiyədən (Osmanlıdan), Misir və İrandan gələn müəllimlərdən alan (Azərbaycan tarixi, IV, 106-108, 111; Aytan, sy. 36 [2007], s. 14) əl-Hac daha sonra 1871-1881-ci illərdə təhsilini tamamlamaq üçün Bağdat şəhərində fəaliyyət göstərir. 1904-1918-ci illərdə Bakıda müxtəlif (Məscid rəhbəri, Bakı kadısı və başqa) dini vəzifələrdə çalışmış bir sıra görəvlər üslənmişdir. 1918-ci ildən sonra bütün vəzifələrindən istefa etmiş və əsərlər yazmağa, tərcümələr etməyə başlamışdır (Ahmet Bedir). 1920-ci ilin 27 aprel tarixdə Ruslar tərəfindən Bakı şəhəri işğal edildiyi zaman 80 yaşlı Baküvidə həbs edilmiş, işğəncələrə məruz qalmış və 2 Mart 1938-ci ildə güllələnərək şəhid edilmişdir. Ölümündən sonra 1956-cı ildə oğlunun rəsmi sorğusuna cavab olaraq Baküvinin 1940-cı ildə beyin qanaması sonucunda öldüyü bildirilmişdir. Oğlunun vəsadəti üzrə 1960-cı ildə dəlil çatışmamazlığına görə ölümündən sonra bəraət almışdır.

Əsərləri:

ən məşhur əsəri Qurani-Kərimin təfsiri olan “Kəşfül-həqayiq an nukətil-ayati vəd-dəqaiq” (Ayələrin məna və incəlikləriylə həqiqətlərinin açıqlanması) (qısaca olaraq “Kəşfül-həqayiq”) əsəridir. Günümüzə çatan yeganə əsəri olmalıdır. Bu əsər üç cilidə olmaqla H. Z. Tağıyevin maddi dəstəyi ilə “Kaspi” qəzetinin “Buxariyyə” mətbəəsində birinci və ikinci cilidi 1904-cü ildə, üçüncü cilidi 1906-cı ildə çap edilmişdir. Bu əsərin bir nüxsəsi Sultan Abdülhamid kakana təqdim edilmişdir. Bu əsərin yazılması zəruriyyətini əl-Hac əsərin birinci müqəddiməsində belə izah etmişdir: Ərəb dilində həddindən artıq təfsir vardır və bəzi dillərdə təfsirlər yazılıbsa da, onlardan mühüm bir fayda hasil olmayıbdır; məsələn: fars dilində bir neçə təfsir vardır ki, o təfsirlərdə Qurani-Şərifin kəlmələrinə məxsus sərf, nəhv qaydalarını izah etməkdən başqa, Qurani-Şərifin incəliklərindən heç bir şey qeyd edilməyibdir. Əksinə, İslam ümməti arasında təfriqəyə səbəb olan sözlər zikr olunub. Halbuki Qurani-Şərif başqa millətlərlə müsəlmanlar arasında sülh, ədalət və insaf üzrə hərəkət etməyi əmr edir” (Bakuvi 1904, I Müqəddimə). Əsərin yazılmasında 1. “Təfsiri-Zəməxşəri”, (müəllifi: Zəməxşər) 2. “Təfsiri-Kəbir”, (müəllifi: İmam Fəxrəddin ər-Razi) 3. “Təfsiri Əbu-Suud”, (müəllifi: Əbu Suud Əfəndi) 4. “Məcməul-Bəyan”, (müəllifi: Şeyx Təbərsi) 5. “Lübabüt-Təvil fi Məanit-Tənzil”, (müəllifi: Məhəmməd ibn İbrahim əl-Xazini əl-Bəğəvi) 6. “Mədarikut-Tənzil fi Hqaiqut-Təvil”, (müəllifi: Əbu Bərəkət ən-Nəsəfi) 7. “Ənvarut-Tənzil”, (müəllifi: Qazi əl-Beyzav) 8. “Ruhul-Bəyan”, (müəllifi: Haqqı Əfəndi) kitablarından istifadə edilmişdir. Bunlardan başqa tarix və hədis kitablarından da istifadə edilmişdir (Bakuvi 1904, I Müqəddimə). Görsəndiyi kimi bu mənbələrin biri Təbərsinin “Məcməul-bəyan” əsəri yalnız şiə qaynaqlı mənbədir. Digər istifadə olunan bütün kitablar əhli-sünnə qaynaqlı kitablardır.

İkinci əsəri “Salib muharebesi” (Səlib müharibəsi) adlı əsəridir. Bu əsər 2-ci dünya savaşı illərində itmişdir. Digər əsərləri və tərcümələridə sovet rusiyasının işğalı zamanı ya oğurlanmış, ya da qəsdən itirilmişdir.

Görüşləri:

Əl-Baküvi məhzəb təssübkeşliyi çəkmədən İslam ümməti düşüncəsi ilə məsələlərə yanaşma tərzi göstərmiş, məhzəbüstü bir mövqe sərgiləmişdir. Dinin əslini qorumağa çalışmışdır. Bu səbəbdən onun görüşləri digərlərindən fərqli olmuşdur. Əl-Baküvi radikal şiəliyi tənqid etmişdir, Qurani-Kərimin təhrif edilməsi ilə əlaqədar şiələr içərisində var olan görüşü rədd etmişdir, səhabələrə dil uzatmaqdan qaçınmış və insanlığın qurtuluşu üçün səhabələr kimi yaşamağı söyləmişdir. İmamların qeybi bilmədiklərini bildirmişdir, şəfaətin Allahdan olduğunu və İmamların şəfaət verə bilməyəcəyini, Allahdan başqa varlıqdan və İmamlardan kömək diləməyin şirk olduğunu bildirmiş, Aşura tədbirlərinin dinlə əlaqəsinin olmadığını və aşuraların məscidlərdə keçirilməməsini bildirmişdir.

Mir Məhəmmd Kərim Əl-Hac (Neclü’l-Hac) bin Mir Cəfər əl-Baküvi
Mir Məhəmmdə Kərim Əl-Hac (Neclü’l-Hac) bin Mir Cəfər əl-Baküviyə aid edilən rəsim.
Yazar: Şükür Məhişoğlu Oxunma: 159 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?