Arama
Miladi təqvimi

Adı: Miladi təqvimi.

Hazırlayan: Roma papası XIII. Qreqorius.

Amac: Saat, gün, həftə, ay və il olaraq zamanı öıçmək və keçmişdə baş verən bir olayın zamanını təyin etmək.


Haqqında digər bilgi:

Miladi təqvimi və ya Qriqori təqvimi, zamanı ölçmək məqsədi ilə başlanğıcını Roma kilsəsinin elan olunduğu gündən götürən, Roma papası XIII Qreqori (Qriqori) tərəfindən Julian təqvimi əsas alınara hazırlanan, dünyanın günəş ətrafında hərəkətini dayalı və 4 oktyabr 1582-ci ildə qəbul edilmiş təqvimdir.

Miladi təqvimi, vaxtı ilə Yuli Sezar tərəfindən m. ö. 1-ci min illiyin 1-ci yüz illiyinin 46-cı ya da 45-ci ilində qəbul edilmiş yuli təqvimi əsasında hazırlanmışdır. Qeyd olununana görə yuli təqvimində hər 128-ildən bir, bir günün itdiyi üçün Miladi təqviminin hazırlanması zəruriyyəti ortaya çıxmışdır.

Bəziləri tərəfindən irəli sürülən iddiaya görə miladi təqvimində ilin ilk günü hz. İsa peyğmbərin doğulduğu gündür. Məhz miladi təqviminidə tərtib edənlər ilin ilk gününü hz. İsa peyğəmbərin doğulduğu gündən başlatmışlar və miladı təqvimidə bu gündən başlayaraq davam etməkdədir. Lakin, hətta xristian kökənli qaynaqlarda daxil olmaqla heç bir qaynaqda yanvarın biri hz. İsa peyğəmbərin doğum günü kimi qeyd edilməyib. Əvəzində daha tutarlı qaynaqlara görə miladi təqvimi öz başlanğıcını Roma kilsəninin elan olunduğu gündən götürməkdədir. Bu 1 yanvar gününə tuş gəlməkdədir. Miladi təqvimdə başlanğıcı götürdüyü dövürə tuş gələn il 0-cı il kimi qəbul olunur. Bu 0-cı ildən öncəki illər adlı ədəd kimi önündə milatdan öncə sözü (qısaldılmış olaraq m. ö.), sonrakı illər adsız olaraq yazılır.

Miladi təqvimində hər birində 30/31 gün olmaqla 12 ay vardır.

Yanvar-31 gün.

Fevral-28, dörd ildən bir 29 gün.

Mart-31 gün.

Aprel-30 gün.

May-31 gün.

İyun-30 gün.

İyul-31 gün.

Avqust-31 gün.

Sentyabr-30 gün.

Oktyabr-31 gün.

Noyabr-30 gün.

Dekabr-31 gün.

Miladi təqvimində də bir gün 24 saat-dır. Türk təqvimindən fərqli olaraq günün doğması və ya batmasından asılı olmayaraq 12 saat gündüz, 12 saat gecə qəbul olunur. Miladi təqvimində həftə 7 gündən təşkil olunmaqdadı. Miladi təqvimində hər yüz il bir əsir ya da yüzillik, hər min il isə min illik hesab olunur. Hər minillikdə 1000 il ya da 10 dənə yüzillik, hər yüzillikdə 100 il olur. Örnəyin, 329-cu il, 1-ci minilliyin 4-cü yüzilliyinin (1-dən 100-ə qədər 1-ci yüz illik, 101-dən 200-ə qədər 2-ci yüzillik, 201-dən 300-ə qədər 3-cü yüz illik, 301-dən 400-ə qədər dördüncü yüzillik) 29-cu ilidir. Digər bir örnək, 2021-ci il, 3-cü min illiyin, 1-ci yüzilliyinin, 21-ci ilidir. Başqa bir örnək m. ö. 5230-cü il, m. ö. 6-cı minilliyin, 3-cü yüzilliyinin, 30-cu ilidir.

Miladi təqvimi
Roma papası XIII Qreqorinin (Qriqori) iddia olunan şəkli.
Yazar: Şükür Məhişoğlu Oxunma: 4605 Bölmə: Göybilimi
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?