Arama
Meşə və meşə anlayışları (haqqında bilgi)

Adı: Meşə və meşə anlayışları (haqqında bilgi)

İlgili: Təbiyyət, ətraf mühit və ekologiya.


Haqqında digər bilgi:

Meşə - Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir- birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna Meşə deyilir.

Bircinsli və qarışıq meşə - Bir ağac cinsindən ibarət ağaclıq-bircinsli , iki və ya daha çox ağac cinsindən ibarət ağaclıq- qarışıq meşə adlanır.

Hakim və tabe cins - Meşədə üst mərtəbədə yerləşən ağaclar- hakim cins. Alt mərtəbədə yerləşən ağaclar isə tabeli cins(yəni ikinci dərəcəli cins) adlanır.

Yeniyetmə - Gələcəkdə mövcud meşəni əvəz edə biləcək cavan ağaclara yeniyetmə ağaclar deyilir.

Boyqovucu - Baş cinslərin boy artmasına kömək edən və onların gövdələrinin formasını yaxşılaşdıran ağac və kol yığımına boyqovucu cinslər deyilir.

Meşə altı - Eyni şəraitdə ağac mərtəbəsinin hündürlüyü qədər boy verə bilməyən kol və ağac yığımına meşəaltı deyilir.

Cavan ağaclar - Boyu ana ağacların hündürlüyünün yarısına qədər çatmamış 1 yaşdan yuxarı olan ağaclar cavan ağaclar adlanır.

Cücərti- Ağacların 1 yaşına qədər olan bitkilərinə cücərti deyilir.

Canlı torpaqüstü örtük - Meşə torpağını örtən otlar, şibyələr, göbələklər, mamırlar, yarımkollar və torpaq üstündə sərilərək inkişaf edən kollar yığımına deyilir.

Meşədöşəyi - Meşədə bitən ağac və kollardan tökülmüş quru yarpaq və budaqlardan ibarətdir.

Sadə və mürəkkəb meşə - Yer səthindən nisbətən eyni hündürlükdədirsə, yəni birmərtəbəlidirsə, belə meşə sadə hesab olunur. Müxtəlif hündürlükdə yəni çox mərtəbəli olarsa, belə meşə çoxmərtəbəli mürəkkəb meşə hesab olunur.

Ekologiya və təbii sərvətlər nazirliyinin rəsmi (http://eco.gov.az/az/meseler/olkenin-meseleri/mese-anlayisi-haqqinda-melumat) tərifi.

Meşə və meşə anlayışları (haqqında bilgi)
Meşədən bir görüntü.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?