Arama
Mədəniyyət

Adı: Mədəniyyət.

Sözün kökəni: Ərəbcə.

Anlamı: Şəhərə mənsub olan, şəhərli.


Haqqında digər bilgi:

Mədəniyyət sözü (termini) Ərəb dilində kökəni “müdun” sözünə dayanan “mədinə” sözünün Türk dilinə keçməsi ilə törəmiş bir sözdür. Anlamı “şəhərə mənsub olan, şəhərli” mənasını verir. Başqa bir görüşə görə mədəniyyət sözü, mənası “siyasət, yönətmək və malik olmaq” anlamını verən ərəb dilində olan deyn (dîn) məsdəri ilədə bağlılığı vardır. Batıda işlədilən sivilizasiya – Latın dilindəki “civilisation” sözü mədəniyyət sözünün qarşılığı olub onunda anlamı “şəhərli” mənasını verməkdədir.

İslam – Türk düşüncəsində mədəmiyyət sözü ayrı ayrı millətlərin ya da topluluqların özlərinə məxsus həyat (yaşayış) tərzlərini, mətbəxlərini, inanclarını, iqtisadi məşğulluğunu, siyasi yönətimini, ailə münasibətlərini, təbiətə münasibətlərini və digər bu kimi dəyərləri ifadə etməkdədir. Bu dəyərlər hansı millətin ya da topluluğun içində daha inkişaf etmişdirsə o millət ya da topluluq daha mədəni hesab olunur. İslam –Türk düşüncəsinə görə mədəniyyət anlayışı millətləri ya da topluluqları bir birindən fərqləndirsədə bir birindən üstün olmalarına səbəb ola bilməz. Daha mədəni olan millət ya da topluluq digərlərindən üstün deyil, onların daha mədəni olması sadəcə onların daha rahat yaşaması deməkdir. Türk mədəniyyətinin özülü olan bozkır (qeyri-şəhər) həyat tərzi Türk mədəniyyətini Ərəb, fars, çin və batı mədəniyyətindən əsaslı surətdə fərqləndirir.

Ərəb, fars, çin mədəniyyətləri isə topluluq daxilində adamları şəhərli və qeyri-şəhərli olmaqla iki yerə bölməkdədir. Şəhərli olanlar fərli olmaqla yanaşı qeyri-şəhərlilərdən üstün hesab edilməkdəir. Bunun davamı kimi digər millətlərlə müqayisədə də özlərini malik olduqları mədəniyyət səbəbindən üstün hesab edirlər.

Batıda da mədəniyyətin fərqli olması üstün olmanın səbəbi kimi görülməkdədir. Batıda bir millətin ya da toplumun mədəni olduğunu müəyyən etmək üçün beş meyar müəyyən ediblər. Əgər bir millət ya da toplum bu şərtləri yerinə gətirməzsə onlar mədəni deyillər. Bu şərtlər bunlardır:

bir yazı sistemini var olmalı,

dövlətləri olmalı,

istehsal olmalı (daha çox yeyəcək),

iş bazarı (əmək bazarı) olmalı,

şəhərləşmə olmalıdır (avropalılar, o cümlədən digərləri (fars, çin) özləni müdaiə etmək üçün qala divarlarına sığındıqları üçün şəhərləşməyə özəl bir önəm verməkdədilər. Aydındır ki, qala içində şəhərləşmə (yaşamaq üçün şərait) olmazsa orda yaşamaq mümkün olmazdı).

Batıda başqa mədəniyyətlərə mənsub olanları (və ya onların meyarına görə mədəni hesab etmədiklərini) ifadə etmək və aşağılamaq üçün “barbar” kəlməsindəd də istifadə edilir.

Bu barədə Amerikalı yazar Joshua J. Mark aşağıdakıları yazır. Mədəniyyət sözü müasir anlamda və batıda ilk dəfə XVIII əsrdə Fransada işlədilib, lakin mədəni cəmiyyət haqqında qərb ideyası qədim Yunanıstan və Romaya gedib çıxır. Keçmiş dövrdən başlayaraq yunanlar özlərini başqa xalqlardan nəinki fərqli, həm də onlardan daha yaxşı görməyə başladılar. Belə ki, eramızdan əvvəl V əsrin ortalarında yaşamış Herodot “barbarlar” haqqında danışarkən, bu anlayışla sadəcə qeyri-yunanların ifadə edirdisə, ondan yüz il sonra yaşamış Aristotelin dövründə isə barbarlar (barbar xalqlar) anlayışı təkcə qeyri-yunanları deyil, digər millətləri aşağlanmış və ya vəhşi şəklində ifadə edirdi. Sonradan bu düşüncə bütün avropaya yayıldı və avropada hakim olan bu düşüncə öz mədəniyyətini digər mədəniyyətlərdən üstün tutulmasına, digər mədəniyyətləri aşağılanmağa səbəb olmuşdur (Joshua J. Mark, mədəniyət məqaləsi). Onu da qeyd edək ki, sonradan bu görüş (özünü üstün saymaq, başqa millətləri aşağılamaq) avropada faşizmi ortaya çıxartdı.

Günümüzdə bəzi kəsimlər müharibələrin olmasını fərqli mədəniyyətlərin var olmasından qaynaqlandığı qənayətindədilər. Onların düşüncəsinə görə fərqli mədəniyyətlər fərqli düşüncələr əmələ gətirir və fərqli düşüncələr savaşa səbəb olur. Odur ki, mədəniyyətlərin bir biri ilə qaynıyıb qatışması savaşlarıda ortadan qaldıracaqdır. Azərbaycanında tərəfdar olduğu digər bir düşüncəyə görə isə mədəniyyətlərin qaynayıb qatışması bəzi kiçik ya da daha az inkişaf etmiş mədəniyyətlərin yox olmasına səbəb olacaqdır. Buna görə özünü digərindən üstün görməməklə mədəniyyətlərin birgə mövcudluğunu təmin etmək (çoxmədəniyyətlilik) daha uğurlu və ədalətli yoldur.

Yazar: Şükür Məhişoğlu Oxunma: 166 Bölmə: Dil və sözlər
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?