Arama
Marco Polo

XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bir çox müsəlman alimlərinin kitablarından Şərqlə bağlı məlumat əldə etdikləri üçün Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Polo ailəsini göstərmək olar.

Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə indiki şimali Çinində daxil olduğu Türk dövlətinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Türk dövləti kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır. Marko Polonun 14 gəmidən ibarət donanması 1292-ci ildə Zeytun (hazırkı Tyançjou) limanından yola çıxır.

Hər yerdə Asiyanın şərq və cənub sahillərinə yaxın üzərək Hind-Çinin və Şri-Lankanın yanından keçib Hörmüzə gəlirlər. Yalnız 1295-ci ildə Polonun ailəsi böyük varidatla Venesiyaya qayıdır. 1298-ci ildə «Marko Polonun kitabı» adı altında nəşr olunur. Bu kitab Markonun gəzdiyi ölkələrin coğrafiyası, etnoqrafiyası, tarixi haqqında qiymətli mənbədir. Kitab avropalıların bilik dairəsini əsaslı sürətdə genişləndirdi, ordan-burdan eşitdikləri ölkələr haqqında müfəssəl məlumat verdi. Marko Polonun – yerdən çıxarılan, yeyiləsi olmayan, lakin yana bilən qara daşların (kömürün) hasilatı haqqında verdiyi məlumatlara ilk zamanlar hətta inana bilmirdilər. Onun kitabında Azərbaycan, Rusiya, tarixi İpək yolu və s. haqqında da ətraflı məlumatlar verilirdi.

Yazar: Münasib Həmidli Oxunma: 532 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?