Arama
Maqnit

Maqnit vahid həcmə düşən ağırlığı 2.7 qr/sm3 olan və sürəkli maqnit sahəsi yaradan cisimdir. Alüminium və bu kimi metallar dışında digər metalları çəkəbilmə qabliyyətinə malikdir.

Maqnitin güney və quzey olmaqla iki qütbü vardı. Güney qütbü S və quzey qütbü N hərfləri ilə işarə edilmişdir. İki maqnitin eyni qütbləri bir birini itələyir, əks qütbləri ilə bir birini çəkir.

Maqnit sabit və elektron maqnit olmaqla iki şəkildə olur. Sabit maqnit təbiyyətdə (doğada) və ya özəl laboratoriya da maqinitləşdirilmiş və başqa bir müdaxiləyə ehtiyac olmadan sürəkli maqnit sahəsi yaradan cisimdir. Elektron maqnit isə sarılmış sim topasına gərginliyin verilməsi nəticəsində yaranır. Gərginlik verildiyi zaman sarğının ətrafında elektron maqnit sahəsi yaranır.

Bir neçə üsullardan birini tətbiq etməklə dəmir və bu kimi metalları sabit maqnitə çevirmək mümkündür. 1. Metalı yer üzünün maqnit sahəsinə paralel yerləşdirməklə kəskin və şiddətli zərbə vurmaqla, 2. Sürəkli bir maqnitlə təmas etdirməklə, 3. Metalı qızdıraraq soyduğu zaman yer üzünün maqnit sahəsinə paralel olaraq tutmaqla sabit maqnit əldə etmək mümkündür.

Maqnit qüvvəsi maqnitin çəkim qüvvəsidir və Maksvell qaydasına görə müəyyən edilir.

F=B2A/2n0

Maqnit həm sabit həm də elektron olaraq xalq təsərrüfatında və sənayedə geniş (elektrik mühərrikləri, qaldırıcı kranlar və s.) istifadə edilir.

Maqnit
Ən ufaq elektron maqnit örnəyi.
Maqnit
Sabit maqnit örnəyi.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?