Arama
Mansa Kanku Musa

Adı: Kanku Musa.

Doğumu: Bilinmir.

Ölümü: təxminən 1373-cü il.

Hökmdarlığı: 14-cü yüz illiyin ilk yarısı.

Atası: Faqa Laye.

Dini: İslam dini.


Haqqında digər bilgi:

Mansa Kanku Musa, 14-cü ilin ilk yarısında, bəzi qaynaqlara görə 1307-1337ci illər ərzində 30 il, bəzi qaynaqlara görə 1312-1337-ci illər ərzində 25 il Mali imperatorluğunun hökmdarı olmuşdur. Mansa Kanku Musa Mali dövlətinin qurucusu Sundiata Keitanın qardaşı nəvəsi olmub. Çox zəngin, mərd, əliaçıq biri olması ilə yadda qalıb. Əsil adı Kanku Musa olan hökümdarın titulu olan Mansa Mandeng dilində kralların kralı anlamını verməkdədir.

Musa, 1307-ci ildə başkənd Niani şəhərində bəzi qaynaqlara görə atasının ölümündən və ya yoxa çıxmasından sonra, bəzi qaynaqlara görə isə hökümdar olan başqa birinin ölümündən taxta çıxdı. Atası Faqa Laye bəzi qaynaqlara görə heç vaxt hökümdar (Mansa) olmamışdır. Hökümdarlığı zamanı dövlət sınırları Nigerdən Atlantik okianına qədər uzanır, az qala bütün Quzey Afrikanı əhatə edirdi. Hökümdarlığı zamanı Mali dünyanın ən zəngin dövlətinə çevrildi. Mali dünyada ən böyük altun (qızıl) ehtiyyatına malik ölkə kimi bilinirdi. Mansa Kanku Musa dönəmində dünyanın ən təmiz altunu (qızılı) Malidə emal edilirdi. Hökümdar olduqdan sonra ölkələr arasında, özəliklə İslam coğrafiyası ölkələri ilə ticarət əlaqələrinə önəm vermişdir.

Mansa Kanku Musa, dindar bir adam olmuşdur. Yaxşılıq etmiş, elm və təhsilə özəlliklə önəm vermiş, cami, məktəb, kitabxana tikdirmişdir. Mansa Kanku Musa 1324-cü ildə hac səfərinə çıxmış, qaynaqlara görə səfər sürəsində 2000 ton altun (qızıl) sədəqə vermiş, səfər yolu boyunca yüzlərlə cami, məktəb və kitabxana tikdirmişdir. Qaynaqlarda keçən söylənişə görə Misirdən keçərkən verdiyi sədəqələrə görə Misirdə 12 il davam etmiş böhran son bulmuş, iqtisadiyyat canlanmış, ticarət çiçəklənmişdir.

Mansa Kanku Musa qaynaqlara görə 1337-cü ildə vəfat etmişdir. Tarixin yaddaşında günümüz daxil dünya gəlib-keçmiş və günümüzdə yaşayan insanlar daxil olmaqla ən zəngin adam kimi qalmışdır. Katalan atlası adı verilən xəritədə bir əlində altun (qızıl) tutaraq taxtında oturmuş kimi şəkili çəkilmişdir.

Mansa Kanku Musa
Mansa Kanku Musanın Katalan atlası adlı xəritə üzərində çəkilmiş rəsmi.
Yazar: Şükür Məhişoğlu Oxunma: 200 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?