Arama
Malazgirt savaşı

Adı: Malazgirt savaşı.

Tərəflər: Bizans imperatorluğu və Türk kakanlığı.

Sonuc: Türk kakanlığının kəsin zəfəri.


Başçılar:

Türk kakanlığı: Sultan Alp Arslan kakan, Afşin Bəy, Artuk Bəy, Süleyman Şah (Gün bəy).

Bizans tərəfdən: Romen Diyojen imperator, Nikiforos Bryennios, Theodore Alyates, Andronikos Dukas.


Tərəflərin ordu sayı:.

Türk kakanlığı: 30 min nəfər.

Bizans imperatorluğu: 200 min nəfər.


Haqqında digər bilgi:

Malazgirt savaşı, müsəlmanların müqəddəs şəhərləri hesab olunan Məkkə və Mədinə şəhərlərini məhv etmək məqsədi ilə imperator Romen Diyojenin başçılığı altında səfərə çıxan Bizans ordusu ilə bu işğal və yağmanı önləmək üçün Sultan Alp Arslanın başçılığı ilə onları qarşılayan Türk ordusu arasında Malazgirt ovasında baş vermiş Malazgirt savaşdır.

Bizans ordusu gizli olaraq yola çıxmış və hədəf istiqamətində irəliləyirdi. Türk ordusunun kəşfiyyat nəfərləri bu bilgini verdikdən sonra Sultan Alp Arslan bizansın məqsədinin nə olduğunu anlamışdır. Odur ki, tez Hələbdən yola qoyulan Sultan Alp Arslan Malazgirt ovalığında Bizans ordusu ilə qarşılaşdı.

Bizans ordusu təxminən 200 min nəfər idi. Ovalığa yayılmış və çox qorxulu görsənirdi. O zaman Türk ordusunun sayı 30 min nəfəri keçmirdi. Savaş öncəsi Sultan Alp Arslan son bir dəfə barışa çağrış etdiysədə Bizans tərəfi bu çağrışı rədd etdi.

Sultan Alp Arslan, 26 avqust Cümə namazından sonra əyninə kəfəni simqələyən köynək geyərək, əsgərlərinin qarşısında Qurani-Kərimdən ayələr oxudu, danışdı. Bundan sonra 26 avqust 1071-ci ildə döyüşə girən Türk ordusu ay-para (hilal) döyüş üsulundan istifadə edirdilər. Ayparanın hər iki cinahlarında əsasən atlı oxçular olurdu. Oxçu atlılar sürətlə hərəkət edə bilirdilər. Türk ordusu Bizans ordusunun hərəkət qabliyyətini surətli gedişlər hesabına məhdudlaşdırdı.

Türklər özəl hazırladıqları yaylar və oxlarla Bizans ordusunun əsgərlərin ani anda ox yağışına tuturdular. Bu döyüşdə Peçənəklər, Qıpçaqlarda Türk ordusunun tərkibində Bizansa qarşı savaşmışdılar. Savaşda Türk ordusunun cinahlardan surətli hücumları nəticəsində Bizans ordusu çaşqın vəziyyətdə qalmış və çox sayda Bizans əsgəri ölmüşdür. Bizans əsgərlərinin böyük bir qismi savaşdan qaçmışdır. Savaş uzun çəksədə Türk kakanlıqı kəsin zəfər çaldı. İmperator Romen Diyojen əsir düşdü və təslimçi sülh müqaviləsinə imza atmağa məcbur oldu. Andlaşmaya görə Bizans ildə Türk kakanlığına 360000 qızıl vergi ödəyəcək və Antakya, Urfa, Ahlat və Malazgirti Türk kakanlığına verəcəkdir.

Savaşın sonucları:

* Malazgirt savaşı Türklərin öz torpaqları olan Anadoluya yenidən qayıtmaları sırasında son savaş oldu.

* Bununla Türklər öz ata torpaqlarında yerləşə bilmələri üçün kəsin və dayanıqlı bir üstünlük qazandılar.

* Vaxtı ilə Türklərin ana vətəni olan və zəiflədikləri zaman çıxardılmış Anadoluya Türklər bir daha çıxmamaq şərti ilə son dəfə döndülər.

* Bütün İslam dünyası, müsəlmanlar məhv olmaqdan qurtuldu.

* Məkkə və mədinə şəhərləri talan və məhv olmaqdan xilas edildi.

Malazgirt savaşı
Malazgirt savaşının təsviri.
Malazgirt savaşı
Savaşdan sonra imperator Romen Diyojenin Sultan Alp Arslan kakanın hüzurunə gətirilməsi.
Malazgirt savaşı
Savaşdan öncə orduların hərəkəti və savaş yerinin xəritədə təsviri.
Yazar: Şükür Məhişoğlu Oxunma: 303 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?