Arama
Mafiya (mafia vəya maffia)

Adı: Mafiya.

Nədir: Gizli, qanundan kənar təşkilat.

Sözün kökəni: Ərəbcə mavaa (مأوى) sözü.

Anlamı: Himayə edən, barındıran, qoruyan.


Haqqında digər bilgi:

Mafiya günümüzdə mütəşəkkil şəkildə qanundan kənar (rüşvət, şantaj, güc tətbiqi, adam öldürmək, süqəst) və insan həyatı üçün zərərli (narkotik, insan qaçaqcılığı, insan istismarı) iqtisadi fəaliyyətlə gizli məşğul olan gizli təşkilatlardır və ya belə təşkilatları tanıtmaq məqsədi ilə istifadə olunan ümumi addır. Xüsusi halda Sicilya kökənli qanundan kənar təşkilatlar (Cosa Nostra, Koza Nostra, anlamı: işimiz ya da davamız, qara əllər) belə adlanır. Keçmiş zamanda isə insanların sığındığı və onları himayə edən təşkilatlara verilmiş ümumi ad olmuşdur.

Mafiya sözü “himayə edən, barındıran, qoruyan” anlamına gələn Ərəb dilində olan mavaa sözündən törəmişdir. Belə ki, Türk dövlətinin (Osmanlı) savaşçıları və tacirləri Sicilyada yaşayan xalqı fransızların yağma və işğallarından qorumuş, bu dönəmdə gördükləri işi və ya qorumanı təşkil etmək üçün qurduqları təşkilatı “himayə edən” anlamı verən mavaa adı ilə adlandırmışlar. Daha sonra bu söz Sicilyalıların dilinə keçmiş və mafiya (mafia veya maffia) kimi tələffüz edilmişdir.

Sonny Girard adlı şəxs isə özünün də dediyi kimi (Sonny Girard özü qeyd edir ki, bu fantastik və özünün uydurduğu bir iddiadır. Bir şotland özünün biritaniyalı saymadığı kimi bir sicilyalıda özünü heç vaxt italiyalı hesab etməyib.) heç bir qaynağa dayanmayan mülahizəsinə görə mafiya sözü “italiya fıransıya ölüm çağırır və ya fıransaya ölüm, yaşasın italiya” anlamı verən “Morta Alla Francia, Italia Anella” çağrışının baş həriflərindən əmələ gəlmişdir.

Mafiya təşkilatı başında don adı verilən ailə birliklərdən ibarət olur. Bu ailələrdən biri hakim ailə olur. Digər ailələr ona bağlı qalır. Donun qanunsuz işləri görmək və cəza tədbirlərini görmək üçün silahlı dəstələri yönəldən və hüquqi işlərlə məşğul olan iki köməkçisi olur.

Mafiyaya aid bir çox filimlər çəkilmiş və kitablar yazılmışdır. Çəkilən filimlərdən ən məhşuru Frank Kastello və Al Kapone həyatlarının örnəklərinə dayanaraq (iddiaya görə) çəkilmiş “xaç atası” adlı filim olmuşdur.

Yazar: Şükür Məhişoğlu Oxunma: 262 Bölmə: Topluluqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?