Arama
Maçu Piçu (antik ink şəhəri)

Maçu Piçu antik ink şəhəri. Bəzən inklərin itirilmiş şəhəri də adlandırılır. Bu qədim şəhər yer üzündən silinmiş qədim inklərin rəmzi hesab olunur. Dəniz səviyyəsindən 2430 m yüksəklikdə yerləşir. Şəhərin mərkəzi And platosundan başlayaraq Amazon meşələrinin Uzubamba çayına qədər uzanmaqdadır.

Bu şəhər müqəddəs məkan kimi hesab olunur. İnklərin rəhbəri Paçakutek tərəfindən imperiyanın zəpt olunmasının 100 illik yubleyinə həsr edilmişdir. Şəhərcik XV 50-ci illərində son İnk imperatoru Paçakutek tərəfindən salınmış və 100 il bundan sonra bu ölkəni işğal etmiş ispan konkiskodor gizli saxlanılırmış.

1532 - ci ilədək mövcud olmamışdır, bu dövürlər ərzində ispanlar inklərin ərazisinə zorla daxil olmağa başlamışlar. Nəticədə 1532 - ci ildə həmin ərazinin sakinləri yox olmuşdur. Bəzi mənbələrə görə inklər çiçək xəstəliyi epidemiyası səbəbi ilə ərazini tərk etmişlər. İspanların ink imperiyasını ələ keçirmələrindən sonra şəhər 300 il ərzində "itkin" olaraq qalmış, 1911 ci ildə Hiram Bingham tərəfindən təkrar tapılmışdır.

Şəhər dağın yüksək hissəsində yerləşir hazırki müassır Perunun Urubambi çayından 2057 m hündürlükdədir. Ərazi baxımından Maçu Piçu böyük şəhər deyil, 200 hissədən təşkil edilmişdir. Məbədlərin daxilində iqamətgahlar, xüsusi anbarlar, yaşayış üçün nəzərdə tutulmuş digər unsurlar vardır.

Düşünülür ki, burada şəhərin ətrafında 1200 nəfər yaşamışdır. Onlar günəş allahı intiyə sitayiş edirlərmiş. Kənd təsərrufati ilə məşgul olmuşlar. Maçu Piçudan Kuskaya doğru yol inklərin gözəl incəsənət nümunələri ilə doludur. İmperiya geniş kominikasiya ilə əhatə olunmuşdur. Müxtəlif incəsənət nümunələri inkişaf etmisdi. İnsanlar bir - birindən keramika, toxuculuq, metal işləmə, memarlıq və tikinti işləri öyrənmişlər.

Maçu Piçu (antik ink şəhəri)
Maçu Piçu
Yazar: Rüstəm Abbasov Oxunma: 170 Bölmə: Yerlər və bölgələr
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?