Arama
Limon ağacı və meyvəsi

Adı: Limon.

Aləmi: Bitkilər.

Şöbə: Örtülütoxumlular.

Sinif: İkiləpəlilər.

Sıra: Sədoçiçəklilər.

Fəsilə: Sədokimilər.

Cins: Sitrus.

Növü: Limon.


Haqqında digər bilgi:

Limon, yalnız mədəni hallarda rast gəlinən, köl şəkilində olan ağac (çoxillik) bitkisidir. Limon ağacının hündürlüyü 3-4 m-ə qədər olur. Limon ağacının tək-tək yerləşən ağ iri çiçəkləri, zoğ üzərində tək-tək yerləşən, qısa saplağı olan, uzunsov, açıq yaşıl rəngli yarpaqları vardır. Meyvəsi sarı rəngdə, uzunsov, yumurtaya bənzər şəkildə olur, çəkisi növündən asılı olaraq 30 qramdan 650 qrama qədər dəyişir.

Limon çiçəyində erkəkçiklər dəstə halında olub sayları 20-30 dənəyə çatır. Limon ağacı üç-dörd budaqlamanmadan sonra çiçək very. Yəni limon ağacı əkildikdən 2-4 il sonra meyvə verir. Limon ağacı uzun ömürlü bitkidir. Ağac 100 və daha çox il yaşaya bilir. Dünyada limon ağacının 200-ə qədər növləri vardır. Limon ağacının budaqları -4 - -5 dərəcə şaxtaya, gövdəsi isə -7 - -8 dərəcə şaxta qədər davam gətirə bilirlər.

Limonun meyvəsinin tərkibində 90 %-ə qədər qələvi elementlər, 8 %-ə qədər üzvü turşular, 3 %-ə qədər şəkər, kalium, mis, A, C vitaminləri vardır. Limonun yarpağında və meyvəsinin qabığında efir yağları vardır. Limonun qida sahəsində, pəhriz və təbabətdə böyük əhəmiyyəti vardır. Bir sıra xəstəliklərin (nəfəs yolları, mədə-bağırsaq, podaqra, sınqa, əzələ revmatizmi, angina, südəmər körpələrdə mədə həzminin pozğunluğu) müalicəsində limondan geniş istifadə olunur. Yarpağından və meyvəsinin qabığından alınan efir yağlarından tif, qarın yatalağı və digər bu kimi xəstəlikləri törədən miktoorqanizmilərə qarşı güclü antibiotic olaraq təbabətdə tətbiq edilir. Limon suyu (şirəsi) susuzluğun yatırılması üçün ən yaxşı vasitələrdən biri olduğu üçün ondan istifadə edərək limonad adı verilən içkilərdə hazırlanır.

Limon ağacı toxumla və çubuq (çilik) basdırma (vegetative) üsula çoxaldıla bilər. Basdırma üsulu şaquli, üfiqi, qövsi şəkillərində aparıla bilər. Limon bağı salan saman uca boylu ağaclar 3x4 metr, orta boylu ağaclar 1.5x2 metr, dağ yamacında salınacaq bağlarda isə 3x3 metr ölçülərində əkilməlidir. Dünyada limon istehsalına görə Hindistan ilk yerdə, Meksika, Argentina, Çin isə növbəti yerlərdə qərarlaşıblar.

Limon ağacı və meyvəsi
Limon meyvəsi, yarpağı və çiçəyi.
Limon ağacı və meyvəsi
Kəsilib dilimlənmiş limon meyvəsi.
Limon ağacı və meyvəsi
Limon ağacı.
Yazar: Şükür Məhişoğlu Oxunma: 4086 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?