Arama
Kraudfandinq

Söz: Kraudfandinq.

Söz anlamı: Camahtın maliyyələşdirməsi, birgə maliyyələşdirmək.

Dil kökəni (mənşəyi): İngilis

Maliyyə əhəmiyyəti: Ümumi məbləğin toplanması üçün çox sayda şəxslərin hər birinin az miqdarda yatırım etməsi ilə riskin aşağı salınması.


Haqqında digər bilgi:

Kraudfandinq, ingilis dilində camahat, kütlə anlamını verən crowd və maliyyələşdirmə anlamını verən funding sözlərindən ortaya çıxan çox sayda şəxslərin hər birinin az miqdarda yatırdığı yatrımlar hesabına ümumi məbləğin toplanması üçün həyata keçirilən maliyyə tədbiridir.

Hazırlanmış layihə internet və digər ilətişim vasitəsi ilə ayrı-ayrı şəxslərə təqdim edilir. Vəsait toplanandan və uğurla həyata keçirildikdən sonra yatırım edənlər gələn gəlirdən öz paylarını götürürlər. Bəzən maliyyənin toplanması xeyriyyə məqsədi ilə də olur.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?