Arama
Korona virus

Korona viruslar insan və digər məməlilərdə xəstəliklərə səbəb olan viruslardır. Dünyada ilk dəfə 1960-cı illərdə qarşılaşılmışdır. Xarici görnüşü taca oxşadığı üçün bu viruslar taclı (korona) virus adını almışdır. Bilinən növləri MERS-CoV, SARS-CoV və 2019-nCov kodları ilə qeyd olunmuş növləridir. Virus yaz və payış fəsillərində daha çox etkin olurlar. Virusun Sars növü 2002-ci ildə Çinin Quanqdonq bölgəsindən, Mers növü 2012-ci ildə Səudiyyə Ərəbistandan və Covid-19 (öncəki adı 2019-CoV) növü isə 2019-cu ilin dekabr ayının son günlərindən etibarən Çinin Vuhan şəhərindən başlayaraq dünyaya yayılmağa başlamışdır.

Adamların yaşamı üçün gənəlliklə ciddi risk yaratmasada ölüm riskinə səbəb olan solunum yolu infeksiyasının əmələ gəlməsinə səbəb olur. SARS-CoV virusu salqını (infeksiyası) 27 ölkəyə yayılmış, 8098 nəfər xəstəliyə yaxalanmış, 774 nəfər ölmüşdür. MERS-CoV virusu salqını (infeksiyası) 17 ölkəyə yayılmış, 2499 nəfər xəstəliyə yaxalanmış, 861 nəfər ölmüşdür. İnəklərdə, donuzlarda, toyuqlarda, pişiklərdə və s heyvanlarda da olması müşahidə edilmişdir.

Bu günü qədər virusun yayılmasının heyvan dışqısından qaynaqlandığı təsdiq edilmişdir. Hava yolu ilə yayılması nisbəti olduqca aşağıdır. Mutasiya olunmayana qədər heç bir ziyanlıq törədə bilməzlər.

Digər canlılarla müqayisədə pişiklərdə daha çox olur. Pişiklərin yarısından çoxu bu virusun daşıyıcısı olur. Ancaq pişiklərin tamamı bu virusdan sağalır.

Mühafizə olunmaq üçün daha çox maarifləndirici məlumat almaq məqsədi ilə aşağıdakı damqanın (loqonun) üzərindən tıklayaraq koronavirusinfo saytına daxil olun.

koronovirusinfo.az

koronovirusinfo saytında dərc olunan rəsmi məlumata görə:

Hal-hazırda dünyada geniş yayılmış Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur.

COVID-19 – koronavirusların son zamanlarda aşkar edilmiş yeni növünün səbəb olduğu infeksion xəstəlikdir. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində infeksiya yaranmazdan əvvəl yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi.

COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır.

COVID-19 virusuna yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunun yayılması yolları ilə bağlı tədqiqatın gedişatını izləyir və bu barədə məlumat yeniləndikcə ictimaiyyətə açıqlama verəcək.

Mövcud elmi məlumatlara əsasən asqırma və ya öskürmə zamanı tənəffüs yollarından havaya buraxılan kiçik damcılarla təmas nəticəsində virusun ötürülməsi hava ilə müqayisədə daha əhəmiyyətli faktor hesab edilir. Bundan əvvəlki “Virus necə yayılır?” sualının cavabına baxın.

Korona virus
Taclı virus (korona virus).
Korona virus
Virusun təsiri ilə əmələ gələn xəstəliyin əlamətləri.
Korona virus
Virusdan qorunma tövsüyyələri.
Yazar: Şükür Məhişoğlu Oxunma: 452 Bölmə: Sağlıq (təbabət)
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?