Arama
Keçi

Adı: Keçi.

Aləmi: Heyvanlar.

Tip: Xordalılar.

Yarımtip: Onurğalılar.

Sinif: Məməlilər.

İnfrasinif: Plasentalılar.

Dəstə: Cütdırnaqlılar.

Yarımdəstə: Gövşəyənlər.

Fəsilə: Boşbuynuzlular.

Yarımfəsilə: Keçilər.


Haqqında digər bilgi:

Keçilər, cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid olan gövşəyən heyvan yarımfəsiləsinə daxil olan bir heyvandır. Dünyada geniş yayılmış məməli heyvanlar arasındadır. Keçilərin dünyada 14 cinsi və onlarla növü məlumdur.

Keçilərin süd və süd məhsullarının, ətinin, qəzil adlanan tükünün qida sənayesi, kənd təsərrüfatı sahəsi, kometologiya sənayesi, tibb və digər sahələr üzrə əhəmiyyəti vardır. Keçinin südündən pendir, yağ və digər qida ürünləri, kosmetik məhsullar, piyindən dərman və kosmetik məhsullar, ətindən qida məhsulları, tükündən keçə (istilik izoliyasiyası) məhsulu istehsal olunur.

Keçilərin çəkisi, süd verimliliyi cinsinə, növünə görə dəyişməkdədir.


Adı: Yerli keçi.
Mənşəyi: Yerli (qədim Türk).
Çəkisi: erkəklər 60-70 kq, dişilər 40-50 kq.
Sağım dövrü: 150-180 gün.
Süd verimliliyi: Sağım dövründə 140-150 kq.
Südün yağlığı: 3.8-4.6%.
Bala verimliliyi: 2-3.
Ət çıxımı: 48-50%.
İqlimə davamlılıq: Yerli iqlimə davamlıdı.


Adı: Saanen keçisi.
Mənşəyi: İsveçrə.
Görnüşü: Dişisi buynuzsuz, erkəyi buynuzlu.
Çəkisi: Erkəklər 60-70 kq, dişilər 50-55 kq.
Sağım dövrü: 280-300 gün.
Süd verimliliyi: Sağım dövründə 750-1000 kq.
Südün yağlığı: 3.4-3.6%.
Bala verimliliyi: 1-2.
Ət çıxımı: 45-55%.
İqlimə davamlılıq: -70-dən +400-yə qədər davamlıdı.


Keçiləri bəsləmək üçün bir keçiyə ortalama 2.5-3 kq yem verilməlidir. Verilən yemin tərkibini xüsusi hallar nəzərə alınmasa 1 kq quru yonca, 1 kq quru saman və 0.3-0.5 kq arpa təşkil etməkdədir. Bəzən, südlük istiqamətdə yetişdirilən keçilərə gündə 0.8-1 kq silosda verilir. Ancaq çox silos vermək süd artımına müsbət təsir etsədə keçinin ümumi inkişafına və bala verimliliyinə mənfi təsir edə bilər.

Keçi
Yerli keçinin çəpicinin şəkili.
Keçi
Saanen keçisi.
Yazar: Şükür Məhişoğlu Oxunma: 1831 Bölmə: Kənd təsərrüfatı
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?