Arama
Kəbə (bina, müqəddəs yer)

Adı: Kəbə.

Nəsə: Bina.

İnşa tarixi: bilinmir.

Ölçüsü: eni 10.7 metr, uzunluğu 12 metr, hündürlüyü 15 metr.


Haqqında digər bilgi:

Kəbə, Məkkə şəhərində, Məscid-i Haramın ortasında yerləşən, İslam dinində müqəddəs yerlərdən birincisidir. Kəbə sözü, Ərəb dilində olan ka‘b (كعب) kökündən gəlməkdədir və kub şəklində bir nəsnə anlamını verir. Adı Qurani-Kərimdə iki dəfə keçən kəbə Qurani-Kərimdə Beyt (el-Bakara 2/125, 127, 158; Al-i İmran 3/96, 97; el-Enfal 8/35; el-Hac 22/26; Kureyş 106/3), Beytullah, el-Beytü’l-atık (el-Hac 22/29, 33), el-Beytü’l-haram (el-Maide 5/2, 97), el-Beytü’l-muharrem (İbrahim 14/37), el-Mescidü’l-haram (el-Bakara 2/144, 149, 150; el-Maide 5/2; et-Tevbe 9/7, 19, 28), el-Beytü’l-ma‘mûr (et-Tûr 52/4) adları ilə, müsəlmanlar arasında isə el-Meş‘arü’l-haram, Beniyye, Devvare, Kadis, Kıble, Hamsa, Müzheb, Kâ‘be-i Muazzama adları ilə adlandırılmışdır.

Kəbə 1.5 metrə yaxın genişliyikdə olan özüllər üzərində inşa edilmişdir. Kəbənin çöldən çölə ölçüləri, en 10.70 metr, uzunluğu 12 metr, hündürlüyü 15 metrdir. Divarlarının eni 1.25 metr qalınlığındadır. Kəbənin divarlarının inşasında müxtəlif ölçülü və çevrədəki dağlardan gətirilmiş 1614 dənə daşdan istifadə edilmişdir.

Kəbənin ortasından onun dörd küncünə çəkilmiş xəyali xətlər dörd cəhəti (coğrafi yönü) göstərir. Doğu (şərq) yönü göstərən künc Rüknülhacerülesved, güney (cənub) yönü göstərən günc Rüknülyemani, batı (qərb) yönü göstərən künc Rüknülgarbi, quzey (şimal) yönü göstərən künc isə Rüknülıraki adlandırılır. Bəzi qaynaqlarda quzey küncünə, bəzi qaynaqlarda isə batı küncünə Rüknüşşami deyildiyi qeyd edilmişdir.

Kəbənin doğu küncündə, yerdən 1.5 metr hündürlükdə divarın içində gümüş mahfaza içinə yerləşdirilmiş hacerülesved (qara daş) bulunmaqdadır. Bu nöqtə tavafın başlanğ və bitin nöqtəsi hesab edilir. Kəbənin quzey-doğu divarında hacerülesveddən 2 m məsafədə hündürlüyü 1.92 metr olan kəbə qapısı vardır. Hacerülesved ilə kəbə qapısı arasındakı 2 metrlik yerə mültezem adlanır. Kəbənin quzey-batı divarından, ucları Rüknüşşami və Rüknülıraki künclərindən 2 metr məsafədə olan və hündürlüyü 1.31 çatan hatim adlı yarım dairə şəkilində divar vardır. Hatimin içində qalan sahə hicir yeri adlanır.

Kəbə qapısından sol tərəfə divarın ortasına yaxın bir yerdə micen adı verilən və ölçüləri 2×1.12×0.28 olan çuxur varmış. İbadət edənlərin o çuxura düşüb zədələnməməsi iddiası ilə 20 fevral 1958-ci ildə çuxur qapanmış və üzəri mərmərlə örtülmüşdür.

Kəbənin ilk dəfə kimin tərəfindən tikilməsi haqqında dəyişik fikirlər var. Gənəl görüşə görə kəbə hz. Adəm və ya oğlu hz. Şit tərəfindən tikilmişdir. Bəzi görüşlərə görə isə kəbə mələklər tərəfindən tikilmiş və hz. Adəm və ya oğlu onu təmir etmişlər.

Hz. İbrahim isə bütpərəslərin zərər verdiyi kəbə binasını oğlu hz. İsmayıl ilə birlikdə yenidən inşa etmişlər. Hz. İbrahim kəbəni inşa edən zaman hicir yeri kəbə binasının daxilində olmuşdur. Onun dövründə kəbə qapısı yeri boş olmuş və üstü açıq olmuşdur. Binanın, biri indiki qapının yerində və digəri isə onun qarşısında olmaqla 2 qapısı olmuşdur.

Hz. İbrahimdən sonra Amalika, Cürhüm ve daha sonra Hz. Muhamməd s.a.v atalarından Kusay bin Kilab tərəfindən üç dəfə yenidən inşa edilmişdir. Hz. İbrahimdən sonra kəbənin inşası zamanı kəbənin hicir yeri tərəfindəki divar içəri çəkilmiş, hicir yeri çöldə qalmışdır. Kusya bin Kilab inşa edən zaman üstü açıq olan kəbənin üstünü xurma ağacının dalları (budaqları) ilə örtmüşdür. Qureyişlər tərəfindən kəbənin yeniən inşası zamanı kəbənin qapı yeroinə tək qanadlı qapı qoyulmuşdu. Kəbənin 5-ci inşası Peyğəmbər s.a.v əmisi Abbas tərəfindən 605-ci ildə həyata keçirilmişdir. İnşa zamanı kəbənin hündürlüyü 2 qatına çıxarılmış, damı örtmüş, dama çıxmaq üçün Rüknüşşami tərəfindən taxta pilləkən qoyulmuş, damdan yağış sularının axması üçün quzey-batı kənarından oyuq, qapı yerinə tək qanadlı qapı qoyulmuşdur.

Məkkədə xəlifəliyini elan edən Abdullah bin Zübeyr, Məkkəyə hücum edən Əməvi qoşunlarının mancalaqla atdığı daş və yandırıcı maddələrin təsiri ilə dağılmış kəbənin yarı dağılmış divarlarınıda söktürərək Hz. İbrahimin atdığı təməlləri əsas alaraq yenidən inşa etmişdir. İkinci qapını açmış, qapı yerinə iki qanadlı qapı qoymuşdur.

Daha sonra 684-692-ci (hicri 64-73-cü) illərdə Haccac bin Yusuf es-Sekafi, xəlifə Abdülməlik bin Mervanın razılığı ilə quzey-doğu və güney-batı divarlarını yıxaraq, Qureyşlərin atdığı təməli əsas alaraq divarları geri çəkmiş, hicri yeri yenidən kəbənin divarlarından çöldə qalmaqla inşa etmişdir. Dama çıxan taxta pilləkənlərin əvəzində daşdan pilləkən tikdirmiş, ikinci qapını hördürərək ləvğ etmişdir. Haccac kəbənin digər yerlərinə əl vurmamışdır.

Kəbənin divarında olan çatlamaları önləmək üçün kəbəni təmir etmək məqsədi ilə Türk kanı I. Ahmed, baş memar Məhməd Ağanı görəvləndirmiş, 1612-ci ildə (hicri 1021-ci il) metal atmalardan istifadə etməklə kəbə təmir edilmişdir. Kəbəyə 1630-cu ilə (hicri 1040-cı il)qədər heç bir dəyişiklik edilməmişdir. Türk kanı IV. Murad zamanında 1630-cu ildə kəbəni sel suları basmış, kəbə böyük ziyan görmüşdür. Kəbənin yenidən inşası üçün memar Rıdvan Ağa ilə Mədinə kadısı Məhməd Əfəndiyə görəv verildi. Kəbə 1631-ci ilə qədər altı ay yarım müddətə yenidən inşa edildi. Daha sonra Məkkə şəhəri Səudların idarəsinə keçdikdən sonra 1958-ci ildə, 1982-ci ildə və 1996-cı ildə kəbə 3 dəfə təmir edilmişdir. Səudların apardığı təmir işləri, kəbə və Məscid-i Haramın ətrafında apardıqları inşaat işləri bir çox müsəlmanlar tərəfindən tənqid edilməkdədir.

Kəbə (bina, müqəddəs yer)
Kəbənin planı.
Kəbə (bina, müqəddəs yer)
Hacerülesved.
Kəbə (bina, müqəddəs yer)
Kəbənin günümüzdə görnüşü.
Yazar: Şükür Məhişoğlu Oxunma: 634 Bölmə: Din
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?