Arama
Kapitalizm

Kapitalizm istehsal vasitələrinin özəl mülkiyyətdə olmasına, muzlu əməyə və qiymətin əmələ gəlməsində sərbəst (bazar iqtisadiyyatı) üsula əsaslanan iqtisadi siyasi toplum (cəmiyyət) qurluşdur. Bu iqtisadi siyasi qurluşda Dövlət iqtisadiyyata, əsasəndə qiymətin əmələ gəlmə sürəcinə müdaxilə etmir. Qiymət bazarda sərbəst üsulla yaranın, dəyişir, yenilənir və sabitləşir. Kapitalizm qurluşunda istehsal vasitələrinə nəzarət edən və cəmiyyətin iqtisadi siyasi düzəninə təsir edə biləcək özəl mülkiyyətə sahib olan şəxslər isə kapitalist adlanır.

Bəzi iqtisadçıların və bilgin adlanan şəxslərin düşüncəsinə görə istehsal vasitələrinin özəl mülkiyyətdə olması, onlara sahib olan adamlarda daha çox məhsul istehsal etmək həvəsinin yaranmasına, əməyin muzlu olması, işçinin öz əməyini neçiyə istəsə o qiymətə sahibkara satmasına, qiymətin bazarda sərbəst üsulla yaranması isə məhsul istehsal edən adam bazarda mövcud olan təlabatı və alıcılıq qabliyyətini nəzərə alaraq öz məhsuluna qiyməti özünün təyin etməsinə imkan verir. Bu cür düşüncəyə görə əksi halda yəni, istehsal aracları içtimai yaxud dövlət mülkiyyətində olarsa, işçinin öz əməyini neçiyə istəsə o qiymətə sahibkara satması yerinə işçiyə əməyin dəyəri müəyyən edilmiş qiymətlərə görə ödənilərsə və qiymətlər sərbəst üsulla deyil içtimai yaxud dövlət müdaxiləsi ilə müəyyən edilərsə iqtisadiyyat inkişaf etməz, istehsal vasitələri təkmilləşməz, elmi-texniki inkişaf mümkün olmaz, insan hüquqlarının pozulması və bəzi hallarda tamamən aradan qalxması baş verərə, qara bazar və rüşvət mənbələri yaranar.

Digər tərəfin düşüncəsinə görə isə kapitalizm izafi əmək dəyəri yaradır ki, buda sürəkli olaraq sərmayənin böyüməsi ilə nəticələnir. Sərmayənin böyüməsi isə sonda imperializminin yaranmasına gətirib çıxarır. Bu düşüncəyə əsasən azad rəqabət nəticəsində qiymətlərin bazar tərəfindən müəyyənləşməsi əslində inhisarçılıqdır və iri şirkətlərin bu yolla kiçik şirkətləri sıradan çıxararaq bütün istehsala təkbaşına nəzarət etməkdən ibarətdir. Sərmayənin böyüməsi və inhisarçılıq isə kapitalislərə dövlətə nəzarət etmək, təsir etmək imkanı yaradır ki, buda digər vətəndaşların hüquqlarının köklü surətdə pozulmasına gətirib çıxarır. Beləliklə, cəmiyyət sinifi təbəqələrə bölünməyə başlayır.

Adam Smith, David Ricardo ve John Stuart Mill, Karl Marx, Max Veber və başqaları yazdıqları əsərlərdə kapitalizm cəmiyyət qurluşunu olumlu və olumsuz olaraq qiymətləndirmişlər.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?