Arama
Kapital Bank ASC

Qurumun adı: Kapital Bank.

Təşkilati-hüquqi şəkli: Açıq Səhmdar Cəmiyyəti (ASC).

Müşahidə şurasının sədri: Cəlal Ələkbər oğlu Qasımov.

İdarə heyətinin sədri: Rövşən Şamil oğlu Allahverdiyev.

Saytı: https://www.kapitalbank.az.


Xidmət kimi qurulma tarixi: 24 iyul 1874-cü il.

Bank kimi qurulma tarixi: 1988-ci il.

Öncəki adları: Azərbaycan Respublikasının Əmanət Bankı (1992-2000-ci illər), Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) (2000-2004-cü illər).


Səhimdarları: Paşa Holdinq (99.87%-i) və digər fiziki şəxslər (0.13%-i) (2021-ci il).

Nizamnamə kapitalı: 245.8 mln. manat.

Müştəri bazası: 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslər (2021-ci il).


Haqqında digər bilgi:

Kapital Bank, Azərbaycanda qurulmuş və hal-hazırda fəaliyyət göstərən kommersiya bankıdır. Kapital Bank Azərbaycana bağlı ən böyük kommersiya banklarından biridir. Hazırda ölkə üzrə 100-dən artıq xidmət nöqtəsinə, 3 milyondan artıq fiziki şəxsə, 22 mindən artıq hüquqi şəxsə bank xidməti göstərir.

Tarixi: İlk olaraq Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində 24 iyul 1874-cü ildə Bakıda əmanət kassası kimi fəaliyyətə başlayıb. Azərbaycan Demokratik Cümhuriyyəti qurulduqdan sonra 30 sentyabr 1919-cu ildə təsis edilmiş Azərbaycanda Dövlət Bankının əmanət kassaları kimi fəaliyyətini davam etdirib. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra 1924-cü ilin yanvarından Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) Dövlət Bankının tərkibinə verilib. Əmanət kassaları 1988-ci ildən SSRİ Dövlət Bankının tərkibindən çıxarılaraq onun bazasında Azərbaycan Respublikası Bankı qurulub. Azərbaycan müstəqillik əldə edəndən sonra 11 fevral 1992-ci ildə bu bankın əsasında Azərbaycan Respublikasının Əmanət Bankı təsis edilib. Azərbaycan Əmanət Bankına 21 fevral 2000-ci ildə Azərbaycan Aqrar-Sənaye Bankı və Azərbaycan Sənaye-İnvestisiya Bankı birləşdirilərək Əmanət bankı yenidən təşkil edilib və Azərbaycan Birləşmiş Universal Səhmdar Bankıı (BUSBank) adlandırılıb. Bank 29 dekabr 2004-cü il tarixindən fəaliyyətini Kapital Bank adı ilə davam etdirməkdədir.

Göstəricilər: Hazırda Azərbaycanın ən böyük banklarından biri olmaq özəlliyini daşıyan Kapital Bankda səhimlərin 99.87%-i “Paşa Holdinq”-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 245.8 mln. manatdır. Hazırda ölkə üzrə 100-dən artıq xidmət nöqtəsinə, 3 milyondan artıq fiziki şəxsə, 22 mindən artıq hüquqi şəxsə bank xidməti göstərir.

Yönətimi: Bankı Cəlal Ələkbər oğlu Qasımovun rəhbərlik etdiyi Müşahidə Şurası və Rövşən Şamil oğlu Allahverdiyevin rəhbərlik etdiyi İdarə Heyəti tərəfindən idarə olunur.

Qaynaq və daha çox bilgi almaq üçün: https://www.kapitalbank.az/about, https://www.kapitalbank.az/news/145.

Yazar: Şükür Məhişoğlu Oxunma: 233 Bölmə: Qurumlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?