Arama
İydə ağacı və iydə meyvəsi

Adı: İydə ağacı və iydə meyvəsi.

Canlı aləm: Bitkilər.

Aləmin şöbəsi: Örtülütoxumlular.

Şöbənin sinifi: İkiləpəlilər.

Sinifin sırası: Gülçiçəklilər.

Sıranın fəsiləsi: iydəkimilər.

Fəsilənin cinsi: İydə.


Tərkibində olanlar:

Saxoridlər: Qlukoza 20%, Fruktoza.

Zülal.

Vitaminlərin adları: C vitamini.

Üzvü turşular.

Duzlar: Kalium və Fosfor


Haqqında digər bilgi:

İydə, iydəkimilər fəsiləsinə aid bitki cinsidi. Üzəri tozla örtülmüş, göy halda yaşıla bənzər rəngdə olan, yetişməmiş yedikdə boğulma yaradan, yetişdikdə isə qırmızı rəngə yaxın rəngdə olan meyvəsi olur.

Azərbaycanda ensizyarpaq iydə, Xəzər iydəsi, həmişəyaşıl iydə və şərq iydəsi yayılmışdır. Bunlardan ensizyarpaq iydə becərilmə ilə yanaşı Lənkəran, Samur-Dəvəçi, Kür-Araz ovalıqlarında yabanı halda geniş yayılmışdır.

İydənin meyvəsindən sidikqovucu, büzücü (qandayandırıcı), öskürək kəsici dərman kimi istifadə olunur. Boğaz ağrısına, ağız iltihabına müsbət təsir edən dərman hazırlanır. Təbabətdə gövdəsində olan yapışqanlı maddələrdən müəyyən məlhəmlər hazırlnır.

İydə ağacı və iydə meyvəsi
İydə meyvəsi.
İydə ağacı və iydə meyvəsi
İydə ağacı və üstündə yetişməmiş meyvələri.
İydə ağacı və iydə meyvəsi
İydə çiçəyi.
Yazar: Şükür Məhişoğlu Oxunma: 332 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?