Arama
İtburnu bitkisi

İtburnu gülçiçəklilər fəsiləsinə aid bir bitki cinsidir. O, çox faydalı bir bitkidir. İtburnunun 300 növü var. Azərbaycanda isə 42 növü mövcuddur. Bunlardan 36- sı yabanı itburnudu. Sənaye üçün isə 2 növ əhəmiyyətlidir. Qəhvəyi və qarışıq itburnu.

İtburnu yay fəslinin ilk aylarında (iyun - iyulun əvvəlləri) çiçək açır. Çiçəkləri ağ və çəhrayı olmaqla iki cür olur. Kol topalari təxmini 1 - 2 metr olur. Hətta bəzən uzanaraq ağac boyda da ola bilir. Həmin dövrdə (iyun-iyulun əvvəlləri) insanlar onun çiçəklərin yığıb ondan mürəbbə hazırlayır. Mürəbbəsi tünd-qəhvəyi rəngdə olur.

Payız aylarında isə (sentyabr - oktyabr) itburnunun meyvəsi yığılır. Şaxtalar düşənə qədər meyvəsi yığılmalıdır. Çünki meyvəsi C vitamini ilə zəngindir və şaxta vurduqda C vitamini azalır. İtburnunun meyvəsindən bəkməzdə hazirlamaq olur. Bu orqanizm üçün çox faydalı bir şeydir. Təzyiq xəstəliyindən əziyyət çəkən şəxslər üçün faydalıdır.

Qəhvəyi itburnunun 20-25 il ömrü olur. Üzərində 1-3 kiloqram meyvəsi olur. C vitaminin miqdarına görə (5-7 %, bəzən 14%) birinci yeri tutur. Bədənin müqavimətini artırır, bədənə, gözlərə faydalıdır. Qanı təmizləyir, qan dövranını tənzimləyir. İshalı kəsir, qəbizliyi aradan qaldırır, bağırsaq qurdların təmizləyir. Bunlar kimi bir çox şeydə faydalıdır. Həm meyvəsi, həm bəkməzi, həm yağı çox faydalıdır.

Yazar: Rüstəm Abbasov Oxunma: 394 Bölmə: Təbiyyət
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?