Arama
İstilik enerjisi

Adı: İstilik enerjisi.


Haqqında digər bilgi:

İstilik enerjisi, bir cismin bütün hissəciklərinin sahib olduğu kinetik enerjinin toplamıdır. İstilik enerjisinin birimi (vahidi) enerji birimidir. İstilik enerjisi miqdarıda digər enerjilər kimi Kalori (cal) və ya Col (J) ilə ifadə olunur (1 cal = 4.18 j və ya 1 j = 0,24 cal)

Temperatur (sıcaklıq), istilik enerjisi ilə yüklənə bilən maddənin istilik enerjisi ilə yüklənməsinin göstəricisidir. Temperatur santigrad - selsi (C0), fahrenhait (F0), kelvin (K0) və reomür (R0) ölçü vahidləri ilə ölçülməkdədir.

özəl istilik (özistilik, xüsusi istilik), bir maddənin bir qramının temperaturunu 1 C0 qaldırmaq üçün tələb olunan istilik enerjisinin miqdarına deyilir. Ölçü vahidi j/grC0-dir. Bəzi maddələrin özistiliyi bunlardır: su 1, benzin 0,450, buz 0,5, dəmir 0,113, buxar 0,5 və s.

Bir cismin m kütləsinin temperaturunu dt artırmaq üçün lazım olan istilik enerjisinin miqdarı Ei=mctf düsturu ilə hesablanır. Burda m - temperaturunun dəyişilməsi istənilən maddənin kütləsi, c – həmin maddənin özistiliyi, tf – temperaturunun dəyişilməsi istənilən maddədin ilk və son temperaturlarının fərqidir tfərq=tson- tilk.

Örnəyin 20 litr suyun hal-hazır ki, temperaturu 10 C0-dir. Bunu 25 C0-yə qədər artırmaq üçün 20000 qr*1 j/grC 0 * (25-10)C0 = 300000 j = 300 kj istilik enerjisi lazımdır. Burda 1 j/grC0 suyun özistiliyidir (c).

İstilik alış-verişi, iki və daha çox maddələri bir araya gətirdikdə daha yuxarı temperaturda olan maddədən daha aşağı temperaturdakı maddələrə istilik enerjisinin ötürülməsidir. Bu istilik enerjisinin ötürülməsi istilik alış – verişinin iştirakçısı olan bütün maddələrin temperaturlarının bərabərləşməsinə qədər davam edir: Ei1 = Ei2 = ...

Örnəyin 120 0C temperaturu olan 1 kq gümüşü, 10 0C temperaturu olan 354 qram suyun içinə atdıqda son temperatur neçə dərəcə olacağını aşağıdakı kimi hesablanır. Gümüşün özistiliyi cg = 0.056 j/grC0 suyun özistiliyi cs = 1 j/grC0

Eig = Eis

mgcgtfg = mscstfs

mgcg(tg1 - t2) = mscs(t2 - ts1)

1000 qr * 0.056 j/grC0 * (120 C0 - t2) = 354 qr * 1 j/grC0 * (t2 - 10 C0)

6720 – 56*t2 = 354*t2 - 3540

298*t2 = 3180

t2 = 10.67 C0

İstiliyin yayılması, istiliyin maddənin həcmi boyunca və ya fəzada yayılmasıdır. İstilik cism boyuncaşualanma yolu ilə yayılır. Bir cismin bir tərəfinə istilik verdikdə cismin hissəcikləri yükləndiyi istilik enerjisini bir birinə ötürərək istiliyi cismin həcmi boyunca yayılmasını təmin edir. Dəmirin bir tərəfini ocağın içində saxladıqda zaman keçdikcə dəmirin digər tərəfidə qızacaqdır. Bir cism qızdıqda temperaturundərəcəsindən asılı olaraq ətrafına istilik verməkdədir. Örnəyin, sobanın yaxınlığına gəldikdə istilik yayıldığını hiss edirsən. Sobadan istiliyin yayılması və günəş şualarının yeri qızdırması istiliyin şua ilə yayılmasıdır.

Ərimə və donma istiliyi. Bir maddənin istilik alaraq maye halına keçməsi maddənin əriməsi, bir maddənin istilik verərək bərk hala keçməsi maddənin donması adlanır. Maddənin bir qıramının əriməsi üçün gərəkən istilik enerjisi miqdarı maddənin ərimə istiliyidir. Eyni maddənin ərimə istiliyi ilə bərkimə istiliyi eynidir. Bir maddəni əritmək (ya da bərkitmək) üçün ona verilməsi (ondan alınması) lazım olan enerji miqdarı Ei=mle düstürü ilə hesablanılr.

Yazar: Şükür Məhişoğlu Oxunma: 17 Bölmə: Fizika
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?