Arama
İnəyə tapınmaq

Adı: İnəyə tapınmaq

Qaynaq: Hinduizm

Tarixi: Milatdan öncə 1500-cü illər


Hindistanın dünyanın ən böyük mal-qara ilə zəngin ölkəsi olmasına baxmayaraq bu mənbədən faydalanmamasının səbəbi, inəyin, hinduizmin təsiri ilə Hindistanda ən müqəddəs heyvan olmasıdı. Hindistanda bir inəyi öldürmək istəmək böyük günah sayılır, buna görə də inəklər küçələrdə və bağlarda sərbəst gəzir, səkilərdə günəş vannaları alır və məbədlərə daxil olur. İnəyin kəsilməsi öldürməyə bərabərdi. Heç kim onlara toxunmur, hətta hörmətlə salamlayırlar. Buna görə də küçələrdə inəklərə rast gəlmək təbiidir.

Hinduizmdə inəklər bütün kainatın anası olan devi tanrıçasının simvolu sayıldığı, uğurlu və müqəddəs olduğu üçün ona hörmət edilir. İnəklərə ibadət etdikləri iddilarıda vardır.

Hindistan əhalisinin əksəriyyətinin tapındığı hinduizm, qurucusu bilinməyən bir dindir. 'Veda' adlı ilahilərə (mahnılara) və şeirlərə əsaslanır. Buraya müxtəlif irq və mədəniyyətlərə sahib insanların dini inancları və uyğulamaları daxildir. Bu çox Allahlı, mürəkkəb bir dindir.

Tarixi milatdan öncə 1500-cü illərə qədər gedən hindu dinində bir çox Tanrıya ibadət olunur. Ən yüksək ilahi gücə-Brahmana çatmaq çox çətin olduğundan bu yalnız kahinlərin edə biləcəyi bir iş olaraq qəbul olunur. Buna görə adi insanların ibadət edə biləcəyi ikinci dərəcəli tanrılarda uydurulmuşdur.

Hindular bütün canlıların ruha sahib olduğuna inanırlar. Reenkarnasyona, yəni ölümdən sonra başqa bədəndə dirilməsinə inanan Hindular, əvvəlki həyatını uyğunsuz bir şəkildə keçirmiş bir ruhun bir heyvan bədənində yenidən doğula biləcəyinə də inanırlar. Buna görə çoxları yalnız bitki qidaları yeyir və bütün heyvanlara böyük hörmət göstərir.

Tarix boyunca, istər ‘kasta’ adlanan iyerarxik sinif quruluşunda istərsə də geniş yayılmış əhali arasında inəklərə qarşı davranış tərzinin dəyişdiyi görülür. İnəklər öncələrdə tanrılara qurban verilirdi, lakin buddizmin təsiri səbəbindən heyvanları öldürmək qadağan edildi. Bu dövrlərdə bütün canlılara göstərilən hörmət o qədər artdı ki, meyvə qurdları belə meyvələr yemədən əvvəl götürüldü və azad edildi, lakin bütün bölgəyə yayılan bu vegetarianizm insanlarda xəstəliklər yaratdıqdan sonradan yenidən azaldı, keçi, balıq və başqa canlılar yeyilməsinə baxmayaraq inək həmişə imtiyazlı yerini qorudu.

İnəyə tapınmaq
Tapınmaq üçün hazırlanmış inək.
Yazar: Şükür Məhişoğlu Oxunma: 260 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?