Arama
İncil

İncil xiristian inancının kutsal kitabıdır. İncildə hz. İsanın doğumu, həyatı, öldürülməsi və dirilişi təsvir edilməklə bərabər həm də iddiaya görə Allahın və hz. İsanın sözlərinində yer alır. İncil yazarlarına (vəh katiblərinə) görə dörd kitabdan-Matta, Markos, Luka ve Yuhanna kitablarından ibarətdir. Bu kitabların cəminə yəni incilə xiristian inancında yeni ahit (yeni andlaşma) deyilir. Xiristian inancının din xadimlərincə səhih (kanonik) kitablar bölməsinə daxildir və yeni ahit olaraq kitab-ı müqəddəsin (kutsal kitabın) ikinci payını oluşdurur.

Bundan başqa xiristian inancının öndə gələn xadimləri tərəfindən səhih olaraq qəbul edilməyən ya da zəif olaraq qəbul edilən (apokrif) incillərdə vardır. Bu kitabların əksəriyyəti köhnə ahit olaraq kitab-ı müqəddəsin birinci hissəsinə aiddir. Xiristian məhzəblərincə bu kitabların kutsal kitab olaraq qəbul edilməsində yaxud zəif olaraq qəbul edilməsində fərqliliklər vardır.

Məsələn, katolik və oryantal ortodoks məhzəbləri köhnə ahitin bir parçası olaraq bu kitabların deuterokanonik bölməsini səhih olaraq qəbul etdikləri halda, ortodoks məhzəbi isə deuterokanonik bölməsinin yalnız 2 parçasını (başlığını) səhih olaraq qəbul edərək, bu 2 başlıqdan başqa deuterokanonik bölməsinin tamamını zəif mətin olaraq görürlər. Hətta ortodoks məhzəbindən olan bəzi (Atanasyus və s.) keşişlər bu səhih qəbul edilən 2 başlığın özünü belə kitab-ı müqəddəslə müqayisədə ikinci dərəcəli mətin olaraq qəbul edərlər.

Protestant məhzəbi isə bu incillərin (apokrif) tamamını kutsal (müqəddəs) olaraq qəbul etməzlər. Protestant məhzəbinə görə bu incillər (apokrif) kitab-ı müqəddəsə sonradan əlavə edilmişdir. Lakin, protestan məhzəbindən olan alman əsilli keşiş Martin Luther (1483-1546) bu kitabların kutsal (müqəddəs) kitablar olmadığına baxmıyaraq bu kitabları oxumaqda bir sorun olmadığını görür.

İslam alimləri isə incil kitabını müqəddəs kitab olarq (Qurani-Kərimdə kutsal kitab olaraq keçməsi və içərisində Allahın ayətlərinin olması ehtimalının mümkün olmasından dolayı) qəbul etsələrdə hökmü qaldırıldığından dolayı yürülükdən qalxdıqlarını qeyd edərlər.

Yazar: Şükür Məhişoğlu Oxunma: 357 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?