Arama
İmam Buhari (Buhârî, Buxari)

Adı: Məhəmməd (Ebu Abdillah Məhəmməd bin İsmayıl bin İbrahim el-Cu‘fi el-Buhari).

Ləqəb adı: İmam Buhari (Buhârî, Buxari), Cufi.

Doğumu: 20 iyul 810-ci il.

Doğum yeri: Özbək eli, Buhara şəhəri.

Ölümü: 1 sentyabr 870-ci il.

Ölüm yeri: Özbək eli, Hartenk kəndi.

Atası: İsmayıl.

Milliyyəti: Bilinmir.

Dini: İslam.

İşi: Hədis toplamaq, seçmək, hədis alimi.

Əsərləri: el-Cami uş-sahih (Səhih Buhari), et-Tarihu’l-kebir, et-Tarihu’l-evsat, et-Tarihu’ş-sagir, Kitabü’d-Du afai’ş-sagir, Kitabü’l-Küna, et-Tarih fi marifeti ruvati’l-hadis ve nakaleti’l-asar və temyizi sikatihim min du afaihim və tarihi vefatihim, et-Tevarih ve’l-ensab, el-Edebü’l-müfred, Halku efali’l-ibad, Refu’l-yedeyn fi’ş-salat, Kitabü’l-Kıraati halfe’l-imam və digər.


Haqqında digər bilgi:

Buhari (Buhârî, Buxari), əsil adı Məhəmməd olan, hədis elmində üstün bir başarı əldə etmiş, el-Câmi uş-sahîh (Səhih Buhari) kitabı ilə ün salmış hədis alimidir. Buhari 20 iyul 810-cu ildə, cümə günü, günümüzün Özbək elinin Buhara şəhərində doğulmuşdur. Buhari adı ilə daha çox tanınsada dədəsi (babası) Mugine Buhara valisi Cufeli Yemanın dəvəti ilə müsəlman olduğu üçün (müsəlman olduqdan sonra İbrahim adını alıb) nəvəsi Məhəmmədə Cufi adıda nisbət edilmişdir.

Dədəsi İbrahim haqqında bilgi olmasada babası (atası) İsmayılın Malik bin Enes və Abdullah bin Mübarək kimi alimlərdən dərs aldığı bilinir. Buhari kiçik yaşda olduğu vaxt vəfat etmiş və bir neçə kitabları oğluna qalmışdır.

Buhari 10 yaşına çatdıqda Məhəmməd bin Salam el-Bikəndi və Abdullah bin Məhəmməd el-Müsnədi kimi müəllimlərdən hədis dərsləri almışdır. Buhari 11 yaşında olduğu zaman hocası Dahilinin anlatımında bəzi yanlışlıqlar olduğunu tapmaqla diqqəti üzərinə çəkmişdir. Bahari 16 yaşına çatdığında İbnül-Mübarək və Veki bin Cərrahın kitablarını tamamən əzbərləmişdir.

Buhari daha sonra anası və qardaşı (Əhməd) ilə birlikdə həc ibadətinə getmişdir. Hac ibadətindən sonra onları geri göndərən Buhari özü Məkkədə qalaraq Hallad bin Yahya və Humeydi kimi alimlərdən hədis dərsləri almışdır. Bundan sonra səyahətə başlayan Buhari Bağdatda Əhməd bin Hənbəlidən, Basrada Ebu Asim en-Nebildən, Ensaridən (Basra kadisi Məhəmməd bin Abdullah), Haccac bin Minhaldan, Behildə Mekki bin İbrahimdən, Kuteybə bin Saiddən, Dəməşqdə Ebu Müshirdən, Küfədə Adəm bin ebu İlyasdan, Ubeydullah bin Musadan, Ebu Nuaym Fazl bin Dükeyndən, Mədinədə İsmayıl bin ebu Üveysdən, Mərvdə Abdan bin Osmandan, Qahirədə Said bin ebu Məryəmdən, Abdullah bin Yusifdən, Asbağ bin Ferecdən, Nişaburda Yahya bin Yahya el-Minkaridən, Hicazda, Humusda və digər yerlərdə yaşayan 1080 nəfər hədis bilicisindən hədis dinləmiş, toplamış və öyrənmişdir. Günümüzə bir dənə gəlib çatan və oda İrlandiyada saxlanılan İbn Mendeye özünün Tesmiyetü'l-meşâyiḫ ellezine yervi anhüm el-İmam Ebu Abdillâh Muḥammed bin İsmâîl el-Buhârî adlı əsərində Buharinin hədis dinlədiyi bu 1080 adamdan 309 nəfərin adını, yaşadıqları şəhərin adını və ölüm tarixlərini yazmışdır.

İnanılmaz hafizə gücünə sahib olan Bahari, 16 il ərzində topladığı bütün 600 min hədisləri seçimləmiş, müxtəlif çəm və üsullarla doğru olan hədisləri ayırmış və bu doğru (səhih) hədisləri el-Cami uş-sahih (Səhih Buhari) adlı əsərində yazmışdır. Baharinin bu el-Cami uş-sahih (Səhih Buhari) adlı əsəri müsəlmanlar üçün (Ehli Sünnə vəl-camahat) Qurani-Kərimdən sonra ən güvənilir qaynaq olaraq qəbul edilməkdədir. Buharaya qayıdan Bahari burda hədis öyrənmək istəyənlərə hədis öyrətməyə başladı. Baharinin tələbələrindən olan Firebri qeyd edir ki, bu kitabdan 90 min tələbə hədis öyrənmişdir. Bu tələbələrdən ən tanınmışları İmam Müslim, Tirmizi, Ebu Hatim, Ebu Züra er-Razi, Məhəmməd bin Nasr el-Mervezi, Salih Cezere, İbn Hüzeyme kimi hədis bilginləri olmuşlar. Bunu bilən vali Halid bin Əhməd ez-Zühli Baharinin saraya çağırmış və onun özünə və övladlarına hədis dərsi verməsini istəmişdir. Buhari isə elmin sarayda deyil məktəbdə öyrədildiyini bildirmiş, öyrənmək istəyənin məktəbə gəlməsini demiş və valinin çağrışını geri çevirmişdir. Bundan kibirlənən vali, yaxın adamlarının əliylə Buharinin görüşlərinin doğru olmadığı fətfasını çıxartmış və Buharinin Buharadan ayrılmasını tələb etmişdir. Səmərqəndə getmək üçün yola çıxan Buhari öncə Səmərqənd yaxınlığında olan Hartenk kəndində yaşayan qohumlarını ziyarət etdi. Ancaq orda xəstələndi və Ramazan bayramı gecəsi 1 sentyabr 870-ci ildə vəfat etdi. Orda da dəfn olunmuşdur.

Buhari orta boylu, arıq görnüşlü olmuşdur. Az danışırmış, heç kimə həsəd aparmırmış, heç vaxt dünya işlərinə aludə olmamışdır. Kimsəyə kobud söz deməsi ya da kobud rəftar etməsi haqqında bir bilgi yoxdur. Bir (Əhməd adlı) oğlunun olduğu qeyd edilməkdədir. Ox atmaqda çox başarılı olmuş və katibi Məhəmməd bin Ebu Hatimin yazdığına görə sadəcə iki dəfə hədəfi vura bilməmişdir. İstər hocaları, istər digər dönəmində yaşamış İslam bilginləri Buharinin böyük islam alimi olacağını söyləmişlər və daha sonra onu böyük alim kimi qəbul etmişlər.

İmam Buhari (Buhârî, Buxari)
İmam Buharinin (Buhârî, Buxari) qəbri.
İmam Buhari (Buhârî, Buxari)
İmam Buhariyə (Buhârî, Buxari) aid edilən rəsim.
Yazar: Şükür Məhişoğlu Oxunma: 166 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?