Arama
İlginc bilgilər 1

İlginc bilgilər.

- Planetimizdə eyni zamanda quzey, güney, batı və doğu yarımkürələrində yerləşən yalnız bir dövlət var. Bu, Sakit Okean boyunca səpələnmiş adalar toplusu olan Kiribati Respublikasıdır.

- Adriatik dənizi İtaliyanın Adria şəhərinin şərəfinə adlandırılıb, lakin bu şəhər onun sahilində deyil, ondan 22 km məsafədə yerləşir. Bu şəhər eramızdan əvvəl VI-cı əsrdə həqiqətən də böyük liman idi, lakin Po Deltası lilləndikcə Adriatik dənizi ondan şərqə doğru çəkilməyə başladı. Adria bir müddət qazılmış kanallar sayəsində liman olaraq qaldı, lakin barbarların işğalı və böyük bir daşqın səbəbindən əhəmiyyətini itirdi.

- 1910-cu illərin sonlarında Maqadan (Rusiya Federasiyasında yerləşən şəhər) yaxınlığındakı Oxot dənizində işləyən hidroqrafik ekspedisiya sahildən üç kilometr uzaqlıqda yerləşən kiçik bir adanı görməyərək onu xəritəyə salmamışdır. Tezliklə səhv düzəldildi və adaya “Anlaşılmazlıq adası” adı verildi.

- Papua Yeni Qvinemin bir hissəsi olan Bougainville adasının sakinləri cəmi 12 hərfdən ibarət Rotokas dilində danışırlar. Bu dilin əlifbası latın əlifbasına əsaslanır və tərkibində sadəcə a, e, g, i, k, o, p, r, s, t, u, v hərfləri var.

- 1947-1949-cu illərdə Avropa ərazisində Bizoniya dövlət quruluşu mövcud idi. Bu, Almaniyanın, Birləşmiş Britaniya və Amerika işğal zonalarının adı idi (latınca tərcümədə “bi” prefiksi “iki”dir). 1948-ci ildə Fransanın işğal zonası Bizoniya ilə birləşdi və Trizoniya yaradıldı, daha sonra isə Almaniya Federativ Respublikası adlandırıldı.

- Qurudan ən uzaq yer Sakit Okeandadır - bu, ən yaxın qurudan 2688 km məsafədə yerləşən Nemo nöqtəsi və ya Əlçatmazlıq okean qütbüdür. Sakit okeanın Cənub bölgəsində planetin quru hissəsindən xeyli uzaq məsafədə yerləşən bir nöqtədir. Ona ən yaxın məskunlaşma yeri ondan 400 km aralıqda yerləşən Beynəlxalq Kosmos Stansiyası sayılır. Ora ən yaxın torpaq, yaşayış olmayan Ducie Atoll adasıdır, 2688 km uzaqlıqda yerləşir. Bu nöqtə tədqiqat mühəndisi Hrvoye Lukatela (Hrvoje Lukatela) tərəfindən 1992-ci ildə kompüter simulyasiyasından istifadə edərək tapılmışdır. Nemo Nöqtəsi ilə kosmos arasındakı maraqlı bir əlaqə, Beynəlxalq Kosmos Stansiyasına olan yaxınlığıdır.

- İguananın üçüncü gözü "əmgək göz" adlanır: o, iki əsas göz arasında yerləşir – alnın nahiyyəsində bir nöqtədir. Göz təsvirləri, ətrafı görmür, lakin buna baxmayaraq, işığın dəyişməsinə (məsələn, işıqdan qaranlığa keçərkən) həssasdır. İquanalar və digər sürünənlər (həmçinin bəzi balıqlar) ətraf mühitdə hərəkət etmək və hiss etmək üçün üçüncü gözdən istifadə edirlər. Həmçinin, qeyri-adi göz yuxu zamanı fərdi xarici təhlükələrdən qoruyur..

- Kolibri - quşlar dünyasının helikopteridir. Bu quşlar arxaya uça bilən yeganə quşlardır. İstənilən istiqamətdə - irəli, geri, aşağı və yuxarı uça bilirlər. Onlar hətta bir yerdə dayanaraq qanadlarını çırpa bilərlər. 15 m/san sürəti ilə uça bilirlər. Bu, onların kiçik ölçüsü və çəkisi ilə əlaqədardır.

- Amazon meşələri 5,5 milyon kvadrat kilometr ərazini əhatə edir. Amazon cəngəllikləri böyük miqdarda karbon qazını udmaqla Yer oksigeninin əhəmiyyətli bir hissəsini istehsal edir ki, məhz buna görə onları “Planetimizin ağciyərləri” adlandırırlar.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?