Arama
İbn-Bəttutə

İbn Bətutə - Orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərə səyahət edən yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi.

22 yaşında Mərakеşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində оlmuş, daha sоnra Fələstin üzərindən Məkkəyə gеtmişdir. Məkkədə gеri Fələstinə qayıdan Ibn-Bətutə Kiçik Asiyanı kеçərək Rusiyaya daхil оlmuş və Sibirə yоllanmışdır. Rusiyadan Istanbula qayıdaraq Оrta Asiyaya, buradan isə Əfqanıstandan kеçməklə Hindistana yоla düşmüşdür. Hindistanda dövlət хidmətinə götürülən səyyah 1342-ci ildə Çində оlur. Daha sоnra Maldiv adalarında, Mərakеşdə, təkrar Ispaniya geri dönmüşdür. İbn-Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir. Əsasən şəxsi məlumatlarına əsaslanaraq bu gün də öz əhəmiyyətini itirməyən, bir çox Avropa dillərinə tərcümə olunan İbn-Bətutənin səyahətləri əsərini yazmışdır.

Ömrünün 30 ilini (1325-1354) səyahətə həsr etməklə o, coğrafiya tarixində özündən sonrakı nəsillər üçün müsəlman ölkələri haqqında möhtəşəm bir abidə qoyub getmişdir. Quru və dənizlə 120 min km yol qət etmiş, 31-dən çox şəhərin adını qeyd etmişdir. O, yeni ölkələr və şəhərlər kəşf etməsə də, olduğu ölkələrin təsvirini verilmiş kitabları, o cümlədən «İbn-Bətutənin səyahətləri» kitabı orta əsrin ən qiymətli coğrafiya əsərlərindən hesab olunur. İbn-Bətutə Magellana qədər bütün dövrlərin ən böyük səyyahı sayılır. Coğrafiya tarixində orta əsrlərin ən qiymətli əsərləri ona məxsusdur.

Yazar: Münasib Həmidli Oxunma: 450 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?