Arama
Hz. Osmanın Quranı və ya hz. Osman mushafı

Adı: Hz. Osmanın Quranı və ya hz. Osman Mushafı.

İlişgi: İslam dini.


Haqqında digər bilgi:

Hz. Osmanın Quranı və ya hz. Osman mushafı, üçüncü İslam Xəlifəsi hz. Osmanın göstərişi ilə çoxaldılmış nüxsələrdən biri olan, hz. Osmanın şəhid edildiyi zaman oxuduğu və üzərinə qanı sıçramış Qurani-Kərim kitabıdır. Üzərinə qanı töküldüyü üçün Osmanın Quranı adlanmışdır.

Mövlana Müzeyinin müdiri çalışmış Ərdoğan Erolun verdiyi bilgiyə görə Osmanın Quranı adlanan kitab 3 hissəyə bölünmüşdür. Onun biri Səmərqənddə, biri Hindistanda digər parçası isə İstanbulda Topqapı sarayında mühafizə edilir. Ancaq, Prof. Dr. Tayyar Altıkulaç bunun əksin söyləməkdədir. Prof. Dr. Tayyar Altıkulaçın açıqlamasına (https://www.sabah.com.tr/gundem/2015/12/27/hz-osmanin-emanetine-sahip-cikamadik) görə hz. Osmanın dönəmində çoxaldımış nüxsələrin heç biri günümüzə gəlib çatmamışdır. Bu gün əldə olanların hamısı (Osmanın Quranı daxil olmaqla) o nüxsələrdən köçürülmüş surətlərdir.

Ərdoğan Erolun açıqlamalarına (https://www.islamveihsan.com/hz-osmanin-r-a-sehadet-kaninin-dustugu-ayet.html) görə Hindistanda olan parça Sultan Abdülməcidin Dürrüşşehvar adlı qızından olan nəvəsi Bərəkət Şah tərəfindən Mövlana Müzeyinə təqdim edilmişdir. İstanbulda olan parçanı isə Osmanlı soyundan Yavuz Sultan Səlim Kakan İstanbula gətirmişdir. Hal-hazırda Topqapı sarayında Hırka-i Saadət Dairəsində saxlanılır.

Professor Vilayət Quliyevin açıqlamasına (kult.az) görə Səmərqəndə ki, parçanın tarixçəsi isə bir qədər fərqlidir. Osmanın Quranı adlanan kitab vaxtı ilə Bəsrəyə gətirilmişdir. Türk Kakanlığını yönəltən Timur (Temür, Teymur) bəy kitabı Səmərqəndə gətirmiş və yüz illər boyu burda saxlanılmışdır.

Rusiya Türk elini işğal etdikdən sonra Osmanın Quranını ələ keçirərək Peterburqa göndərmişlər. Rusiyada vətəndaş müharibəsi və dövlət çevrilişi baş verdikdən sonra Rusiya Müsəlmanları Şurasının müraciəti əsasında Osmanın Quranını müsəlmanlara qaytarılmadı.

Belə olduqdan sonra Müsəlmanlardan (Türklərdən) təşkil edilmiş alay, kapitan İsgəndər Talkovkinin rəhbərliyi ilə Çar kitabxanasını 1917-ci il dekabrın 14-də mühasirəyə almışdır. Kitabın verilməsi üçün qəti tələb irəli sürülmüşdür. Bundan sonra məcbur qalan Lenin dekabırın 19-da kitabın müsəlmanlara verilməsi üçün sənəd imzaladı.

Admiral İshaq İslamov, knyaz Maksudov, Konstantin və İsgəndər Əhmədoğlu qardaşlarının başçılığı ilə Müsəlmanlardan (Türklərdən, Tatar) təşkil edilmiş alayın mühafizəsi ilə Osmanın Quranı 1918-ci ilin fevralında Ufaya aparmışdı. 1923-cü ildə isə yenidən Səmərqəndə gətirilmişdir. Hal-hazırda Muyi-Mübarək mədrəsəsində saxlanır. 1997-ci ildə UNESKO “Osmanın Quranı”nı “Dünyanın yaddaşı” reyestrinə daxil edib.

Hz. Osmanın Quranı və ya hz. Osman mushafı
Səmərqənd də saxlanılan hz. Osmanın Quranının şəkli.
Yazar: Şükür Məhişoğlu Oxunma: 271 Bölmə: Din
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?